Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

Image


İsrail Suriyanın İdlib əyalətindəki Ebu əl-Zuhur hava bazasına hava zərbəsi endirib. İsrail tərəfi bildirib ki, buna səbəb Türkiyənin həmin bazada hərbi mövcudluq yaratmaq planlarıdır. Tel-Əviv hesab edir ki, Türkiyə qüvvələrinin burada yerləşdirilməsi İsrailin təhlükəsizliyinə təhdid yarada və Suriya ilə mövcud təhlükəsizlik status-kvosunu poza bilər.

Zərbə nəticəsində uçuş-enmə zolaqları və bir neçə anqar zədələnib, lakin itki olmayıb. Türkiyə İsrailin ittihamlarını rədd edərək, İsraili Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda günahlandırıb.

ABŞ İsrailin addımından narahatlığını bildirib. ABŞ nümayəndəsi Tom Barrak xəbərdarlıq edib ki, belə hücumlar İsrail, Türkiyə və Suriya arasında birbaşa hərbi qarşıdurmaya çevrilə bilər. Vaşinqton İsrail və Suriya arasında, lazım gələrsə Türkiyənin də iştirakı ilə daimi əlaqələndirmə və münaqişələrin qarşısının alınması mexanizminin yaradılmasını təklif edir.

Əsas narahatlıq İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunu öz təhlükəsizliyinə təhdid hesab etməsi, Türkiyənin isə İsrailin Suriyaya zərbələrini qəbuledilməz saymasıdır. Bu qarşıdurma nəzarətdən çıxarsa, Suriya ərazisi İsrail-Türkiyə gərginliyinin yeni cəbhəsinə çevrilə bilər.

İsrailin Suriyanın Ebu əl-Zuhur hava bazasına zərbə endirməsinə əsas gətirdiyi səbəb Türkiyənin həmin ərazidə hərbi qüvvələr yerləşdirmək niyyətidir. Halbuki Suriya suveren dövlətdir və öz ərazisində başqa dövlətlə hərbi əməkdaşlıq çərçivəsində qüvvələrin yerləşdirilməsinə razılıq verib-verməmək hüququna malikdir. Bu baxımdan İsrailin “Türkiyə orada hərbi mövcudluq yaradır” arqumenti Suriyaya zərbə endirmək üçün beynəlxalq hüquq baxımından əsas sayıla bilərmi? İsrailin başqa bir ölkənin ərazisində hansısa dövlətin hərbi qüvvələrinin yerləşməsini öz təhlükəsizliyinə təhdid hesab edərək həmin bazanı vurması nə dərəcədə beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə uyğundur? Əgər belə yanaşma qəbul edilərsə, istənilən dövlət başqa ölkənin ərazisində onun maraqlarına uyğun olmayan hərbi əməkdaşlığı bəhanə edərək həmin ölkəyə zərbə endirə bilərmi? Digər tərəfdən, BMT və xüsusilə Təhlükəsizlik Şurasının İsrailin Suriyadakı bu zərbəsinə daha sərt reaksiya verməməsi nə ilə izah olunur və beynəlxalq hüququn pozulmasına dair qiymətləndirmə aparmaq BMT-nin birbaşa məsuliyyəti deyilmi?

Sədrəddin Soltan: "İsrailin bu addımları həm İsrail-Suriya, həm də Türkiyə-İsrail münasibətlərinin normallaşmasına zərbə vurur"

Körfəz ərəb ölkələri İrana zərbə vuracaqlar - Azərbaycanın Körfəzdəki dostları... - Baki-Xeber.com

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər” qəzetinə açıqlamasında İsrailin Suriyada həyata keçirdiyi son hərbi əməliyyatların Türkiyə-Suriya münasibətlərinə və Ankara-Təl-Əviv xəttindəki gərginliyə mümkün təsirlərini şərh edib.

Ekspert bildirib ki, Türkiyənin Suriyadakı hərbi mövcudluğu ilk növbədə Suriyanın mövcud hakimiyyətinin təhlükəsizliyinin və ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Onun sözlərinə görə, Ankara uzun müddətdir Suriyada fəaliyyət göstərir və əsas məqsədləri arasında öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, terror təhlükəsinin qarşısının alınması və Suriyanın şimalında sabitliyin yaradılması dayanır.

Sədrəddin Soltan qeyd edib ki, Türkiyə Suriyada yalnız hərbi fəaliyyətlə məşğul deyil, həm də ölkənin yenidən qurulması prosesinə siyasi, iqtisadi və digər istiqamətlərdə dəstək verir. Ankara Suriyanın parçalanmasında deyil, onun ərazi bütövlüyünün və dövlət institutlarının bərpasında maraqlıdır.

Ekspertin fikrincə, Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində Türkiyənin mövqeyi tək deyil. Rusiya və bir sıra digər dövlətlər də Suriyanın parçalanmasının qarşısının alınmasını və ölkənin suverenliyinin qorunmasını dəstəkləyirlər. Rusiya Bəşər Əsəd hakimiyyəti dövründə də Suriyanın mərkəzi hakimiyyətinin mövqeyini müdafiə edib, hazırda isə yeni hakimiyyətlə münasibətlərini qorumağa çalışır.

Sədrəddin Soltan əsas problemin İsrailin Suriyadakı hərbi fəaliyyəti olduğunu vurğulayıb. O bildirib ki, İsrail Qolan təpələrinə uzun illərdir nəzarət edir və Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriya ərazisində hərbi fəaliyyətini daha da genişləndirib. İsrail isə bu addımlarını milli təhlükəsizlik və mümkün təhdidlərin qarşısının alınması ilə əsaslandırır.

Ekspert diqqətə çatdırıb ki, Suriyanın yeni hakimiyyəti İsraillə münasibətlərin normallaşdırılmasına açıq olduğunu nümayiş etdirir. ABŞ-ın vasitəçiliyi ilə iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə danışıqların aparılması da bunun göstəricilərindən biridir. Belə bir şəraitdə İsrail ordusunun Suriya ərazisində yeni hərbi əməliyyatlara əl atması normallaşma prosesinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, avqustun 18-də Suriyanın İdlib bölgəsində yerləşən Ebu Zuhur hərbi hava bazasına İsrail tərəfindən endirilən zərbə bu baxımdan xüsusi diqqət çəkir. İsrail tərəfi zərbəni Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi ilə bağlı təhlükəsizlik narahatlığı ilə əlaqələndirib.

“Lakin Ankara bu iddianı rədd edib. Türkiyə tərəfi Ebu Zuhur bazasında zərbə zamanı türk hərbi qüvvələrinin və ya hərbi nümayəndə heyətinin olmadığını bildirib. Suriyanın xarici işlər naziri də bazada Türkiyənin daimi hərbi bazasının yaradılmasının planlaşdırılmadığını açıqlayıb. Bu baxımdan İsrailin zərbəsinin səbəbini yalnız konkret hərbi obyektlə əlaqələndirmək düzgün olmazdı. Burada Türkiyənin Suriyada artan siyasi və hərbi təsiri də mühüm amildir”, – deyə Sədrəddin Soltan bildirib.

Ekspert hesab edir ki, Türkiyə və İsrailin Suriyaya yanaşmalarında ciddi fərqlər mövcuddur. Ankara Suriyanın mərkəzləşmiş, ərazi bütövlüyünü qoruyan dövlət kimi formalaşmasını istəyir. İsrail isə öz sərhədləri yaxınlığında Suriyanın gələcək hərbi imkanlarının güclənməsinə və başqa dövlətlərin, xüsusilə də Türkiyənin hərbi mövcudluğunun artmasına həssas yanaşır

Sədrəddin Soltan Suriyada fəaliyyət göstərən PKK/YPG strukturları məsələsinin də Türkiyənin təhlükəsizlik siyasətində mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, Ankara bu strukturların Suriyanın yeni dövlət sisteminə inteqrasiya olunmasını və silahlı qüvvələrin vahid dövlət ordusunun tərkibinə daxil edilməsini istəyir. Bu prosesin tam başa çatmaması isə Türkiyənin təhlükəsizlik narahatlıqlarını artırır.

Ekspert vurğulayıb ki, beynəlxalq ictimaiyyət Suriyada bütün silahlı qrupların vahid dövlət strukturu daxilində birləşdirilməsi prosesinə dəstək verməlidir. Əks halda, müxtəlif silahlı strukturların mövcudluğu həm Suriyanın daxili sabitliyinə, həm də Türkiyənin milli təhlükəsizliyinə uzunmüddətli təhdid yarada bilər.

“Ebu Zuhur bazasına zərbə bütün bu məsələləri daha da mürəkkəbləşdirib. Çünki artıq söhbət yalnız İsrail-Suriya münasibətlərindən getmir. Türkiyənin Suriyadakı fəaliyyəti də məsələnin birbaşa tərkib hissəsinə çevrilib. İsrailin Türkiyənin mümkün hərbi mövcudluğunu özünə təhdid hesab etməsi Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdıra bilər”, – deyə o bildirib.

Sədrəddin Soltanın fikrincə, İsrailin Suriyadakı hərbi addımları həm İsrail-Suriya münasibətlərinin, həm də Türkiyə-İsrail əlaqələrinin normallaşması perspektivinə zərbə vurur. Çünki bir tərəfdən İsrail Suriya ilə təhlükəsizlik məsələlərində razılaşmağa çalışır, digər tərəfdən isə həmin ölkənin ərazisində hərbi əməliyyatlar keçirir.

BMT Təhlükəsizlik Şurasının mövqeyinə toxunan ekspert bildirib ki, burada da böyük dövlətlərin regional maraqları nəzərə alınmalıdır. Rusiyanın Suriyada ciddi maraqları var və Moskva İsraillə münasibətlərini tamamilə pozmaq istəmir. Çin də Yaxın Şərqdə həm ərəb ölkələri, həm də İsraillə münasibətlərini qorumağa çalışır. Böyük Britaniya və Fransa üçün də İsraillə münasibətlər mühüm amildir. Bu səbəbdən Təhlükəsizlik Şurasında İsrailin Suriyadakı hərbi əməliyyatlarına qarşı tam vahid mövqenin formalaşması asan deyil.

Ekspert hesab edir ki, əsas məsələ beynəlxalq hüququn bütün dövlətlərə eyni prinsiplərlə tətbiq olunmasıdır. Hər hansı dövlətin başqa bir dövlətin ərazi bütövlüyünü və suverenliyini pozmasına münasibət həmin dövlətin kimliyindən asılı olmamalıdır. Əks halda beynəlxalq hüququn nüfuzu və effektivliyi zəifləyir.

“Hazırkı mərhələdə ən vacib məsələ Türkiyə ilə İsrail arasında mümkün hərbi qarşıdurmanın qarşısının alınması, Suriyanın suverenliyinə hörmət edilməsi və İsrail-Suriya danışıqlarının davam etdirilməsidir. Əks halda, bir tərəfdən Suriyanın sabitləşdirilməsi və yenidən qurulması prosesi aparılarkən, digər tərəfdən ölkə ərazisində hərbi əməliyyatların davam etdirilməsi regionda daha təhlükəli qarşıdurma xəttinin yaranmasına səbəb ola bilər”, – deyə Sədrəddin Soltan vurğulayıb.

O əlavə edib ki, Ebu Zuhur hadisəsinə yalnız İsrailin Suriyaya zərbəsi kimi yanaşmaq kifayət deyil. Hadisə Türkiyənin Suriyada artan rolunun İsrail tərəfindən necə qəbul edildiyini, Ankara-Təl-Əviv münasibətlərində regional rəqabətin dərinləşdiyini və ABŞ-ın iki müttəfiqi arasında birbaşa qarşıdurmanın qarşısını almaq üçün niyə “dekonflikt” mexanizmi yaratmağa çalışdığını göstərir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ