Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar siyahısına daha bir hücum əlavə edilib. Ukrayna tərəfindən vurulan başqa bir yük gəmisinin heyətini xilas etmək üçün göndərilən Kalyoncu Gəmiçiliyinə məxsus "Ural" adlı Türkiyə gəmisi də gecə saatlarında hücuma məruz qalıb.
Bildirilir ki, Rusiyanın Novorossiysk liman şəhəri sahillərində gecə yarısı baş verən hadisədə "Ural" gəmisi əvvəllər Ukrayna tərəfindən vurulmuş "Necibe" yük gəmisinə yaxınlaşaraq göyərtədəki 18 dənizçini xilas edib. Xilasetmə əməliyyatından sonra səyahətinə davam edən "Ural" gəmisi Novorossiysk sahillərində hədəfə alınıb. Hücum nəticəsində bir heyət üzvü həlak olub, səkkiz nəfər yaralanıb.
Zərbəyə məruz qalmasına baxmayaraq, səyahətinə davam edən "Ural" gəmisi Samsun Limanına doğru istiqamət alıb.
Tahir TAĞIYEV