ABŞ Ali Məhkəməsi Prezident Donald Trampa apelyasiya şikayəti verilənə qədər Ağ Evin sökülmüş şərq qanadının yerinə bal zalı və bunker tikintisini davam etdirməyə icazə verib.
BBC-nin məlumatına görə, hakim Con Roberts Trampa bal zalının tikintisini dayandırmağı əmr edən aşağı məhkəmə qərarını cümə günü gecə yarısından etibarən müvəqqəti olaraq dayandırıb. 7 avqustda Kolumbiya Dairəsi Apelyasiya Məhkəməsi əlavənin yerüstü hissəsinin tikintisini qadağan edən rayon hakiminin qərarını qüvvədə saxlayıb. Apelyasiya məhkəməsi və rayon hakimi Ağ Evin belə bir yenidənqurulmasının Konqresin təsdiqini tələb etdiyinə qərar verib, lakin Tramp administrasiyasına Ali Məhkəməyə apelyasiya şikayəti vermək üçün vaxt verib. 14 avqustda ABŞ Ədliyyə Nazirliyinin vəkilləri bu apelyasiya şikayətini Ali Məhkəməyə təqdim edərək, digər məsələlərlə yanaşı, altındakı hərbi bunker də daxil olmaqla əlavənin prezidentin və ölkənin təhlükəsizliyi üçün vacib olduğunu iddia ediblər.
SAMİRƏ