ABŞ administrasiyası İrana qarşı "maliyyə hücumu" başlada bilər. Belə bir açıqlama ilə ABŞ Maliyyə naziri Skott Bessent çıxış edib.
O deyib ki, ölkəsiİrana qarşı müharibənin son, həlledici mərhələsinə qədəm qoyur. "D" günü gələcək - düşmənə qarşı indiyə qədər başlanan ən böyük maliyyə hücumu", - deyə ABŞ Maliyyə Naziri X-də yazıb. Daha əvvəl Tramp İrana qarşı görünməmiş miqyasda "iqtisadi müharibə və təcrid"in başladığını elan etmişdi. Amerika lideri həmçinin maliyyə qurumları, müəssisələri, hava limanları və ya dövlət qurumları Tehranı dəstəkləyən ölkələrin ABŞ-dan ciddi iqtisadi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi. İslam Respublikasının Xarici İşlər Nazirliyi bu baxımdan "ABŞ-ın İrana qarşı sanksiya siyasətinin iqtisadi terrorizm və insanlığa qarşı cinayət olduğunu" bildirib. İran nazirliyi həmçinin bildirib ki, "ABŞ administrasiyası, sanksiya planlarını hazırlayan və onları həyata keçirənlər müvafiq cəza ilə üzləşməlidirlər".
SAMİRƏ