İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, İrana qarşı iqtisadi müharibə davam edərsə, Fars körfəzindən və regiondan bir damla belə neft ixrac olunmayacaq.
"Əgər iqtisadi müharibə davam edərsə, Hörmüz boğazından və ya Fars körfəzinin heç bir yerindən bir damla belə neft ixrac olunmayacaq" – deyə Rezai X media hesabında bildirib.
O, bildirib ki , İran ABŞ-ın İran xalqına qarşı iqtisadi müharibəsində iştirak edən və ya dəstəkləyən istənilən ölkəni "müharibə aktı" hesab edəcək və bu cür ölkələrə qarşı mövqeyi buna uyğun olaraq formalaşacaq.
Tahir TAĞIYEV