Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistana səfəri maraqlı nüanslarla da yadda qalıb.
Belə ki, Daşkənd səmasında dronların şousu ilə öncə Azərbaycan Bayrağı fonunda Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, ardınca isə hər iki ölkənin birinci xanımlarının surətlərinin əks olunması paytaxt sakinlərini yaxşı mənada heyrətləndirib. Özbəkistanın Teleqram kanallarında geniş yayımlanan bu görüntülər, eyni zamanda, iki türkdilli dövlət arasında qarşılıqlı etimadın, dostluğun inikası olmaqla, gələcəyə yönəlik uğurlu siyasi-iqtisadi perspektivlərindən xəbər verir.