Cümə günü, 06 noyabr 2026
     

Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

Image


Ermənistanın KTMT ilə bağlı mövqeyi ətrafında Nikol Paşinyanla Kreml arasında ritorika diqqətçəkən həddə çatıb. Ermənistan Baş naziri İrəvanın KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını bildirərək, təşkilat Ermənistanı üzvlükdən çıxararsa, bundan məmnun qalacağını açıqlayıb. Ardınca Kremlin sözçüsü Dmitri Peskovun cavabı da kifayət qədər sərt və soyuq olub: “Ermənistanın təşkilata üzvlüyə ehtiyacı yoxdursa, KTMT-dən çıxmaqda sərbəstdir”.

İki ölkənin rəsmilərinin bir-birinə faktiki olaraq “siz çıxarın” və “istəyirsinizsə, özünüz çıxın” məzmununda mesajlar verməsi Moskva-İrəvan münasibətlərində siyasi məsafənin nə qədər uzaqlaşdığını göstərir.

Azərbaycan siyasi ekspertləri Ermənistanla Rusiyanın KTMT melanxoliyasına aydınlıq gətirməyə çalışdılar.

“Paşinyan-Peskov “atışması” Moskva-İrəvan münasibətlərində əvvəlki modelin işləmədiyini göstərir”

Politoloq Rəşad Bayramov Hafta.az-a bildirib ki, Paşinyanın KTMT ilə bağlı mövqeyi yeni deyil.

Əsas diqqət çəkən məqam Kremlin bu mövqeyə verdiyi cavabın tonudur: Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını bərpa etmək niyyətində olmadığını bəyan etməsi və Baş nazir Nikol Paşinyanın ölkəsinin təşkilatdan xaric edilməsindən “çox məmnun” olacağını söyləməsi Moskva-İrəvan münasibətlərində növbəti gərgin siyasi mesaj kimi qiymətləndirilir.

Kremlin sözçüsü Dmitri Peskovun buna cavab olaraq Ermənistanın KTMT-yə ehtiyacı olmadığını düşünürsə, təşkilatı tərk etməkdə sərbəst olduğunu bildirməsi isə tərəflər arasında ritorikanın əvvəlki illərlə müqayisədə fərqli məcraya keçdiyini göstərir.

“Paşinyanın Ermənistanın KTMT-də iştirakını bərpa etmək niyyətində olmadığını açıqlaması və ölkənin təşkilatdan xaric edilməsindən “çox məmnun” olacağını bildirməsi əslində yeni məsələ deyil. Paşinyan bunu dəfələrlə deyib. Ermənistan parlamentində hökumətin 2026-2031-ci illər proqramının müzakirəsi zamanı da KTMT çərçivəsində fəaliyyətin aktivləşdirilməyəcəyini açıq şəkildə bəyan edib.

Burada xüsusilə diqqət çəkən məqam Kremlin cavabının əvvəlki illərlə müqayisədə fərqli ton daşımasıdır. Dmitri Peskov Ermənistanın təşkilata üzvlüyə ehtiyac duymadığını düşünürsə, uyğun qərarı qəbul edib KTMT-dən çıxa biləcəyini bildirib. Yəni Moskva bu dəfə İrəvanı təşkilatda saxlamaq üçün açıq şəkildə siyasi çağırış etmir, əksinə, qərarın məsuliyyətini Ermənistanın üzərinə qoyur”, - politoloq vurğulayıb.

R.Bayramovun fikrincə, Moskvanın bu mövqeyinin arxasında bir neçə amil dayanır. Onun sözlərinə görə, Ermənistanın KTMT-də praktiki iştirakı artıq 2024-cü ildən dondurulub və təşkilatla münasibətlər formal baxımdan tam kəsilməsə də, faktiki əməkdaşlıq böyük ölçüdə dayanıb:

“2026-cı ilin aprelində də Paşinyan KTMT-də aktiv fəaliyyətin bərpası üçün heç bir addım atılmayacağını bildirmişdi. İndi isə hökumətin bu mövqeni növbəti beşillik proqramında rəsmiləşdirilməsi göstərir ki, söhbət müvəqqəti diplomatik etirazdan deyil, uzunmüddətli strateji seçimdən gedir.

Burada daha maraqlı məqam tərəflərin bir-birinə siyasi məsuliyyəti ötürməsidir. Paşinyan demək istəyir ki, Ermənistan KTMT-dən çıxmaq qərarını özü vermək əvəzinə, təşkilat tərəfindən xaric edilərsə, bu, İrəvan üçün daha rahat siyasi variant olacaq. Beləliklə, hökumət daxili auditoriyaya ‘Rusiyanın rəhbərlik etdiyi strukturu biz tərk etmədik, təşkilat özü bizi çıxardı’ mesajı verə bilər.

Moskvanın cavabı isə əks məntiq üzərində qurulur: əgər Ermənistanın maraqları KTMT-də iştirak etməyi tələb etmirsə, məsuliyyət də İrəvanın üzərinə düşür. Bu, əslində, siyasi “boşanma”nın hüquqi məsuliyyətini kimin daşıyacağı uğrunda mübarizədir”.

Politoloq hesab edir ki, bütün bunlara baxmayaraq, Moskva-İrəvan münasibətlərinin tam qopma mərhələsinə çatdığını söyləmək hələ tezdir. Çünki Ermənistanın Rusiya ilə iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə ciddi əlaqələri və asılılığı qalır.

“Ermənistan üçün KTMT-dən çıxmaq siyasi baxımdan daha asan, onun nəticələrini idarə etmək isə daha mürəkkəb məsələdir. Moskva da Ermənistanla bütün əlaqələri bir anda kəsməkdə maraqlı deyil. Lakin siyasi istiqamət kifayət qədər aydındır. Bu istiqamət Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik sistemindən tədricən uzaqlaşmasını və alternativ xarici siyasət xətti formalaşdırmasını ehtiva edir. KTMT məsələsi bu prosesin ən aydın göstəricilərindən biridir. Eyni zamanda bu kurs Azərbaycanla sülh prosesi, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Qərblə əməkdaşlığın genişləndirilməsi ilə paralel gedir. Paşinyan-Peskov dialoqunu Moskva-İrəvan münasibətlərində əvvəlki modelin artıq işləmədiyini göstərən siyasi indikator kimi qiymətləndirmək daha doğru olar. Tərəflər hələ bütün əlaqələri qoparmayıblar, lakin əvvəlki qarşılıqlı asılılıq modelindən getdikcə daha çox uzaqlaşırlar. İndi Ermənistan üçün əsas məsələ bundan sonra Rusiya ilə münasibətləri hansı sürətlə yenidən formatlaşdıracağı və bunun yaratdığı iqtisadi-siyasi riskləri nə dərəcədə uğurla idarə edə biləcəyidir”.

“Ermənistanın KTMT ilə bağlı siyasəti qeyri-müəyyənlik və tərəddüdlər içindədir”

Mövzunu Hafta.az üçün şərh edən siyasi ekspert Tofiq Abbasov hesab edir ki, Ermənistanın KTMT-dən çıxması məsələsi artıq siyasi müzakirədən çox, qeyri-müəyyənlik nümunəsinə çevrilib.

Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyinin xarici siyasət kursu və təhlükəsizlik prioritetləri hələ də tam formalaşmayıb:

“Bu gün Ermənistan rəhbərliyi özü də hansı istiqamətdə hərəkət etdiyini dəqiq müəyyənləşdirə bilmir. Bir tərəfdən KTMT-dən uzaqlaşmaq barədə danışırlar, digər tərəfdən təşkilatdan çıxmaq üçün tələb olunan prosedurları həyata keçirmirlər. Əgər çıxmaq qərarı verilibsə, bunun hüquqi mexanizmləri var və həmin prosedurlar icra olunmalıdır. Nikol Paşinyanın irəli sürdüyü “real Ermənistan” konsepsiyası ölkənin əvvəlki siyasi kursundan fərqlənsə də, praktik nəticələr hələ görünmür. Ermənistan uzun illər müxtəlif xarici güclərin dəstəyinə arxalanıb, lakin hazırkı mərhələdə bu siyasətin nəticəsiz olduğu daha aydın görünür.

Ermənistanın həm Avropa İttifaqına inteqrasiya istəklərini dilə gətirməsi, həm də Avrasiya İqtisadi İttifaqında qalmağa çalışması ziddiyyətli siyasət nümunəsidir. Moskva dəfələrlə İrəvandan öz mövqeyini dəqiqləşdirməyi tələb edib və Ermənistanın həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqındakı gələcəyi ilə bağlı qərar verməsinin vacibliyini vurğulayıb”.

T.Abbasov hesab edir ki, belə yanaşma Ermənistanın dövlət kimi etibarlılığına mənfi təsir göstərir:

“Bir məsələdə sonadək qərar vermədən yeni istiqamətlər elan etmək ciddi dövlət siyasəti sayıla bilməz. Bu, daha çox eksperiment xarakteri daşıyır və nəticəsinin uğurlu olub-olmayacağına heç kim zəmanət verə bilmir. Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan soyuqluq da məhz bu qeyri-müəyyən siyasətin nəticəsidir. Moskvada Ermənistan artıq əvvəlki kimi etibarlı tərəfdaş kimi qəbul edilmir və bu, həm siyasi, həm də iqtisadi münasibətlərdə özünü göstərir”.

T.Abbasovun qənaətincə, Ermənistanın əsas problemi strateji qərarları vaxtında qəbul edə bilməməsidir. O hesab edir ki, ölkə rəhbərliyi KTMT ilə bağlı son qərarını vermədikcə, qeyri-müəyyənlik davam edəcək:

“Əgər Ermənistan təşkilatdan çıxmaq istəyirsə, bunu rəsmən elan etməli və bütün prosedurları başa çatdırmalıdır. Əks halda, səsləndirilən bəyanatlar siyasi manevr təsiri bağışlayır və ciddi qəbul olunmur. Siyasi ekspert hesab edir ki, hazırkı vəziyyət Ermənistanın siyasi elitasının qərarvermə imkanlarının məhdud olduğunu göstərir. Yaxın perspektivdə İrəvanın öz təşəbbüsü ilə kəskin və prinsipial qərar qəbul etməsi ehtimalı yüksək görünmür. Bu isə ölkənin gələcək geosiyasi seçimlərinin daha çox xarici təsirlər altında formalaşacağı barədə müzakirələri gücləndirir”.

Tahirə QAFARLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ