İsrailin Baş naziri Binyamin Netanyahu İranın onun oğullarından birinə sui-qəsd cəhdində ittiham edib. Netanyahu bu barədə açıqlamanı İsrailin 14-cü Kanal televiziyasının suallarını cavablandırarkən verib.
İsrailin "Yedioth Ahronoth" qəzeti İranın Netanyahunun oğullarından birinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumat paylaşmasının aylardır qadağan olduğunu iddia edərək, Netanyahunun bu məlumatı televiziyada canlı yayımla paylaşdığını vurğulayıb.
Tahir TAĞIYEV