Cümə günü, 06 noyabr 2026
     

Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

Image


Akif Nağı: “Paşinyan ola bilsin, Sofulunun adını qəsdən çəkməyib və Ermənistanın daxilində hansısa məqsədini həyata keçirmək üçün belə edib”

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə anklavlar məsələsinə toxunaraq bildirib ki, Azərbaycanla razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Barxudarlı, Yuxarı Əskipara və Kərki Azərbaycan ərazisidir.

Paşinyan bu yanaşmanı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılan delimitasiya ilə əlaqələndirib.

Onun sözlərinə görə, iki ölkə arasında anklavların necə qaytarılacağına dair hələ konkret, yazılı razılaşma yoxdur. Lakin məsələ danışıqlar yolu ilə həll edilməlidir və məqsəd sərhəd yaşayış məntəqələrində uzunmüddətli sülh və təhlükəsizliyi təmin etməkdir.

Bəs Qazaxın Ermənistan işğalında olan Sofulunun niyə adı çəkilməyib?

Qazaxın dörd deyil, yeddi kəndi- Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı, Yuxarı Əskipara, Barxudarlı və Sofulu işğalda olub. Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı 2024-cü ildə artıq Azərbaycana qaytarılıb.

Qalan Sofulu, Barxudarlı və Yuxarı Əskipara isə anklav məsələsi çərçivəsində ayrıca müzakirə olunur. Paşinyanın 20 avqust açıqlamasında isə Sofulunun adını çəkməyərək yalnız Barxudarlı və Yuxarı Əskiparanı Azərbaycan ərazisi kimi göstərməsi ciddi müzakirələrə səbəb olub.

Bəzi ekspertlər bunu Paşinyanın mövqeyindəki ayrıca bir detal kimi qiymətləndirirlər.

Ekspertlərə görə, bu açıqlama əvvəlki Paşinyan mövqeyi ilə müqayisədə Azərbaycanın xeyrinə mühüm siyasi-diplomatik irəliləyişdir. Çünki Paşinyan ilk dəfə 2026-cı ilin avqustunda açıq şəkildə Barxudarlı və Yuxarı Əskiparanı Azərbaycanın ərazisi kimi təqdim edib.

Ekspertlər hesab edir ki, amma bunu “kəndlər artıq Azərbaycana qaytarılır” kimi başa düşmək düzgün olmaz. Çünki Paşinyanın öz açıqlamasına görə, qaytarılmanın mexanizmi barədə hələ konkret razılaşma yoxdur və məsələ danışıqlar yolu ilə həll edilməlidir.

Ən maraqlı məqam isə Sofuludur. Azərbaycan üçün əsas sual bundan sonra Paşinyanın Sofulunu da açıq şəkildə Azərbaycan ərazisi kimi tanıyıb-tanımayacağı və üç kəndin qaytarılması mexanizminin delimitasiya prosesində necə müəyyənləşdiriləcəyidir.

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Paşinyan obyektivliyə maksimum əməl etməyə, Azərbaycanın haqlı mövqeyini dilə gətirməyə çalışır. “Eyni zamanda elə fikir səsləndirir ki, erməni cəmiyyəti də qəbul etirsin. Etirazlar da çoxdur. Hətta onun bu ifadələrindən sonra revanşistlər, özünü müxarifət adlandırandan və xaricdən idarə olunan qüvvələr ona qarşı hücuma keçdilər. “Bu erməni torpağır verilə bilməz” dedilər.

Yəni, bir tərəfdə revanşistlər səs-küy salırlar, digər tərəfdə isə Paşinyanın özü və komandası dq başa düşürlər ki, həmin kəndlərin Azərbaycana qaytarılması Ermənistanın həm İran, həm də Gürücüstan istiqamətində nəqliyyat imkanları üçün ciddi problemlər yaradacaq. Əvvəldən də o məsələ vardı. Onu onlar bəhanə kimi gətirirlər ki, biz əgər o kəndləri qaytarsaq onda bizim yolumuzun bir hissəsi Azərbaycan ərazisində keçirəcəkdir. Yəni, bunlar onlara dediklərdir, Paşinyan da o mövqenin üzərində dayanırdı. Amma indi başa düşür ki, Azərbaycanla başqa cür danışma mümkün deyil.

Paşinyan çıxışında Yuxarı Əskipara, Barxudarlı və Kərki kəndlərinin adını çəkib, amma Sofulun adını çəkməyib. Sofulunun adını çəkməməkdə ola bilsin onun xüsusi məqsədi olsun.

Sofulu anklav vəziyyətindədir və Azərbaycan tərəfində olan kənddir. O mümkün deyil ki, sabah Barxudarlını qaytarsınlar, amma Sofulunu qaytarmasınlar. Sofulu ilə Barxudarlıq demək olar ki, bir-birinə bitikişik kəndlərdir, eyni “sovetlikdir”. Bunun səbəbi izah olunmur. Mümkündür ki, onlar Sofulunu orada bir mübadilə vasitəsi kimi saxlasınlar. Sofulunu saxlamaqla onun yanından keçən yolu özlərunə saxlasınlar və nəqliyyat məsələlərini müəyyən qədər asanlaşdırsınlar. Amma o mümkün deyil. Bəzi məlumatlarda Sofulunun da adı çəkilir.

Bu bir yarımçıqlıq mövqeyi özünü göstərir. Yəni Paşindən nə isə addım atmaq istəyir, amma eyni zamanda çəkinir, qorxur. Paşinyan ola bilsin, Sofulunun adını qəsdən çəkməyib və Ermənistanın daxilində hansısa məqsədini həyata keçirmək üçün belə edib. Yəni onun bu açıqlaması ola bilər ki, daxili auditoriyaya hesablanıb ki, Sofulu bizdə qalır. Amma əslində Azərbaycan o kəndlərin heç birindən ayrılıqda baxmır. Sofulu da, Baxudarlı da, Yuxarı Əskipara da Azərbaycan kəndləridir. O kəndlər 1990-cı ildən başlayaraq, əsasən də 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. O vaxta qədər də həmin kəndlərin əhalisinin hamısı azərbaycanlardan ibarət olunub. Ona görə də bununla bağlı başqa bir mövqe ortaya qoyula bilməz.

Sizə bir məsələni də deyim ki, Paşinyan çıxışının ikinci hissəsində Başkəndi Ermənistan “ərazisi” hesab edir. Paşinyan ərazi mübadiləsi iddiasında qaldıqlarını göstərmək istəyir.

Başkənd məsələsini Azərbaycanla hansısa məsələləri müzakirə etmək obyekti kimi ortadan çıxartmır, yoxsa doğrudan da Paşinyanın ciddi fikri var ki, Başkəndlə bu dörd kəndi əvəzləsinlər? Hesab edirəm ki, istənilən halda Ermənistan hökumətinin bu siyasəti iflasa uğrayacaqdır. Çünki Azərbaycanın heç bir halda Başkənddən geri çəkilmə fikri yoxdur. Qədimdən Başkənd Azərbaycan kəndidir.

Ermənilər müəyyən bir dövrdə maldarlıqla məşğul olmaq üçün köçəri kimi gəlib oradan istifadə ediblər və sonradan da bir hissəsi orada qalıb. Amma bu o demək deyil ki, Başkənd erməni torpağıdır. Ümumiyyətlə, bu ərazilərdə erməni torpağı yoxdur.

Ona görə də Başkənd məsələsi heç bir halda Azərbaycan-Ermənistan arasında müzakirə obyekti ola bilməz”.

A.Nağı qeyd etdi ki, amma istənilən halda Naxçıvanın Kərki kəndi də daxil olmaqla o dörd kənd Azərbaycana qaytarılmalıdır.

A.Nağı bildirdi ki, bu kəndlərlə bağlı başqa bir məsələ olunmalıdır. “Azərbaycan öz mövqədə ardıcıl şəkildə dayanır və Ermənistan rəhbərliyi də bu mövqe ilə hesablaşır. Fikrimcə, sadəcə o prosesi Azərbaycan tərəfi sürətləndirməli, tezliklə kəndlərimizin qaytarılmasına nail olmalıdır”-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ