Rusiya Moldova ilə sərhəddə yerləşən Vinoqradovka-Vulkaneşti beynəlxalq avtomobil buraxılış məntəqəsinə hücum edib. Ukrayna Dövlət Sərhəd Xidmətinin Cənub Regional İdarəsinin məlumatına görə, məntəqə müvəqqəti olaraq bağlanıb.
Sərhədçilərin sözlərinə görə, Rusiya keçid məntəqəsini “Shahed” sinifli hücum dronları ilə hədəf alıb. Hücum gecə saatlarında qeydə alınıb. Vətəndaşların və nəqliyyat vasitələrinin bu keçid məntəqəsindən keçməsi dayandırılıb. Ukrayna mediasının məlumatına görə, Ukrayna bu barədə Moldova tərəfini məlumatlandırıb.
Nəqliyyat digər nəzarət məntəqələrinə yönləndirilir.
Tahir TAĞIYEV