Cümə günü, 06 noyabr 2026
     

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Image


Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi transformasiyaların sürətləndiyi bir şəraitdə Avrasiya məkanının strateji əhəmiyyəti getdikcə artır. Şərqlə Qərb arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin yenidən qurulduğu, yeni iqtisadi marşrutların və əməkdaşlıq platformalarının meydana çıxdığı indiki mərhələdə Azərbaycan və Özbəkistan arasında formalaşan strateji müttəfiqlik xüsusi əhəmiyyət daşıyır. Tarixi, mədəni və mənəvi yaxınlığa əsaslanan bu münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyada regional təhlükəsizlik, iqtisadi inkişaf və inteqrasiya proseslərinin mühüm hərəkətverici qüvvəsinə çevrilir.

Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən əlaqələr qədim tarixə malikdir. Ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, adət-ənənələr və qarşılıqlı hörmət iki dövlət arasında münasibətlərin möhkəm sosial-mədəni bazasını formalaşdırır. Bu münasibətlər müasir dövrdə dövlətlərarası siyasi dialoq və strateji əməkdaşlıqla daha da zənginləşib. Hər iki ölkənin beynəlxalq platformalarda bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verdiyi dəstək qarşılıqlı etimadın mühüm göstəricisidir. Azərbaycan–Özbəkistan münasibətlərinin müasir mərhələsinin siyasi və institusional əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolu olub. Ulu Öndərin 1997-ci il 18–19 iyun tarixlərində Özbəkistana etdiyi rəsmi səfər iki ölkə arasında əlaqələrin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi hadisə idi. Həmin səfər zamanı qurulan siyasi dialoq sonrakı illərdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdı.

Bu siyasi irs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Prezident İlham Əliyev və Özbəkistan lideri Şavkat Mirziyoyev arasında formalaşan qarşılıqlı etimada əsaslanan münasibətlər iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi siyasi dialoqun yüksək səviyyəsini nümayiş etdirir. Bu səfərlər zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər ikitərəfli münasibətlərin hüquqi və institusional bazasını daha da möhkəmləndirib.

Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin, Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Müqavilənin və nəhayət, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması münasibətlərin inkişafında mühüm mərhələlərdir. Bu sənədlər siyasi əməkdaşlığın uzunmüddətli xarakterini təsdiqləməklə yanaşı, iqtisadiyyat, nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yeni imkanlar açır. Siyasi münasibətlərin yüksək səviyyəsi iki ölkənin iqtisadi əlaqələrində də özünü göstərir. Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan xüsusiyyətləri geniş əməkdaşlıq imkanları yaradır. Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhali və mühüm sənaye potensialına malik dövlətlərindən biri olduğu halda, Azərbaycan Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxış baxımından əlverişli mövqeyə sahibdir. Bu üstünlüklərin birləşdirilməsi iki ölkəni regional və beynəlxalq ticarət marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. Bu baxımdan Azərbaycan–Özbəkistan Regionlararası Forumları xüsusi əhəmiyyət daşıyır. 2023-cü ildə Daşkənddə keçirilən ilk forumdan sonra 2024-cü ildə Qubada, 2025-ci ildə Bakıda və daha sonra Daşkənddə keçirilən növbəti forumlar iqtisadi diplomatiyanın səmərəli mexanizminə çevrilib. Forumlarda müxtəlif sahələri təmsil edən yüzlərlə şirkətin və dövlət qurumlarının iştirakı biznes əlaqələrinin genişləndirilməsinə, yeni investisiya imkanlarının müəyyənləşdirilməsinə və birgə layihələrin təşviqinə xidmət edir.

Ağır sənaye, maşınqayırma, metallurgiya, tikinti, tekstil, kənd təsərrüfatı, qida sənayesi, turizm, təhsil, tibb, əczaçılıq, mühəndislik, dağ-mədən, kimya, avtomobil və elektrotexnika kimi sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə sənaye kooperasiyasının inkişafı iki ölkənin iqtisadiyyatlarının şaxələndirilməsi baxımından mühüm nəticələr verə bilər. Birgə müəssisələrin yaradılması, qarşılıqlı investisiyaların artırılması və texnologiya mübadiləsi regional dəyər zəncirlərinin formalaşmasına imkan yaradar. Azərbaycan-Özbəkistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın strateji coğrafi mövqeyi Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan üzərindən Xəzər dənizinə, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış Özbəkistan məhsullarının dünya bazarlarına çatdırılması üçün alternativ və perspektivli imkanlar yaradır. Bu baxımdan nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması və gömrük prosedurlarının sadələşdirilməsi iki ölkənin iqtisadi əlaqələrinin inkişafına əlavə stimul verə bilər. Əməkdaşlığın digər mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Özbəkistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa prosesinə verdiyi töhfə iki dövlət arasında həmrəylik və strateji tərəfdaşlığın konkret nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən həyata keçirilən layihələr xalqlarımız arasındakı qardaşlığın praktiki ifadəsi kimi qiymətləndirilə bilər. Bu əməkdaşlıq gələcəkdə şəhərsalma, kənd təsərrüfatı, turizm və müasir infrastruktur sahələrində yeni birgə layihələr üçün nümunə rolunu oynaya bilər. Humanitar və mədəni əlaqələr də strateji müttəfiqliyin mühüm dayaqlarındandır. Qardaşlaşmış şəhərlər şəbəkəsinin genişlənməsi, elm və təhsil müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günləri, incəsənət tədbirləri və qarşılıqlı səfərlər xalqların bir-birini daha yaxından tanımasına imkan verir. Bu əlaqələr siyasi və iqtisadi əməkdaşlığın ictimai dayaqlarını möhkəmləndirir. Xüsusilə gənclər və tələbələr arasında mübadilələrin artırılması uzunmüddətli perspektivdə iki ölkə arasında əlaqələrin davamlılığını təmin edir. Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə də mühüm töhfə verir. İki dövlətin nəqliyyat, iqtisadiyyat, enerji, rəqəmsal transformasiya və humanitar sahələrdə birgə təşəbbüsləri türk dövlətləri arasında əlaqələrin daha sıx qurulmasına xidmət edir. Azərbaycan və Özbəkistanın regional layihələrdə fəal iştirakı TDT-nin iqtisadi və geosiyasi potensialının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və həmkarı Şavkat Mirziyoyevin siyasi iradəsi, qarşılıqlı etimadı və uzunmüddətli strateji baxışı sayəsində iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olub. Siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyat-logistik layihələrdən sənaye kooperasiyasına, humanitar əlaqələrdən Qarabağın bərpasına qədər geniş spektri əhatə edən bu münasibətlər artıq regional miqyasda mühüm nəticələr yaradır. Azərbaycan–Özbəkistan strateji müttəfiqliyi qarşıdakı illərdə Orta Dəhlizin inkişafı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi inteqrasiyanın dərinləşməsi və Türk dünyasında əməkdaşlığın güclənməsi üçün əsas platformalardan birinə çevrilir. Bu baxımdan iki ölkənin tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin uğur hekayəsi deyil, həm də dəyişən Avrasiya geosiyasi məkanında sülh, sabitlik, qarşılıqlı fayda və davamlı inkişaf üzərində qurulan yeni regional əməkdaşlıq modelidir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ