İran prezidenti Məsud Pezeşkian Pakistan ordusunun qərargah rəisi Asim Munirlə görüşdə bildirib ki, ABŞ İranla münasibətlərində tonunu və yanaşmasını dəyişdirməlidir.
O, Vaşinqtonu İslamabad Anlaşma Memorandumunun öhdəliklərini yerinə yetirməyə çağırıb: "Amerika İranla qarşılıqlı əlaqələrdə tonunu və yanaşmasını yenidən nəzərdən keçirməlidir, çünki qorxutma və məcburetmə taktikaları prosesi yalnız çətinləşdirəcək", - deyə qeyd edib.
Tahir TAĞIYEV