Ermənistanın ikinci prezidenti Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb. Ermənistan mediası yazır ki, onların saxlanması xəbərini Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.
Xatırladaq ki, bu səhər hüquq-mühafizə orqanlarının əməkdaşları parlament üzvü Levon Köçəryanın evinə basqın edib və Robert Köçəryanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar.
Bundan əlavə, bu səhər tezdən vergi orqanları Toyota şirkətinin Yerevan ofisini möhürləyib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları ofisdə axtarış aparır.
İstintaq Komitəsinin məlumatına görə, cinayət işi çərçivəsində istintaq və prosessual hərəkətlər Orange Fitness klubunda və Play City əyləncə mərkəzində, eləcə də direktorların mənzillərində aparılır. Köçəryan ailəsi bu şirkətlərdə səhmlərə malikdir.
Qeyd edək ki, dünən Paşinyan hüquq-mühafizə orqanlarına Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanın və Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın əmlakını müsadirə etməyə çağırıb.
Tahir TAĞIYEV