Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Oman sahillərində bir neft tankerinə şübhəli hücum edildiyini açıqlayıb. UKMTO-nun bəyanatında bildirilir ki, Omanın Əl-Şişa şəhərindən təxminən 16,6 kilometr şimal-şərqdə bir neft tankerinə şübhəli hücum edilib. Bəyanatda gəmiyə dəyən yad cismin mühərrik otağına ağır ziyan vurduğu və tankeri hərəkətsiz hala gətirdiyi bildirilir. "Ekipajın təhlükəsiz olduğu bildirilir. Mümkün ətraf mühitə təsirlər barədə hələlik qəti məlumat yoxdur", - deyə bəyanatda əlavə edilib.
Bölgədəki gəmilərə ehtiyatla hərəkət etmələri və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilib. Hadisə ilə bağlı ətraflı araşdırma başlanılıb.
SAMİRƏ