Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən ikinci prezident Robert Köçəryana qarşı başlanan cinayət işinin ardından keçmiş prezident Serj Sarkisyana qarşı da hakimiyyətdən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya səlahiyyət həddini aşma ittihamları ilə cinayət işi açılıb.
İş açıldıqdan sonra Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
Qeyd edək ki, bu səhər səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Parlament üzvü Levon Köçəryan və Robert Köçəryanı saxlayaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar. Daha sonra Robert Köçəryanın və böyük oğlu Sedrak Köçəryanın saxlanıldığı açıqlanıb.
Bundan əlavə, səhər tezdən vergi orqanları Toyota şirkətinin İrəvan ofisini möhürləyib.
Cinayət işi çərçivəsində Orange Fitness klubunda və Play City əyləncə mərkəzində, eləcə də direktorların mənzillərində istintaq və prosessual hərəkətlər aparılıb. Köçəryan ailəsi bu şirkətlərdə səhmlərə malikdir.
Bundan bir gün əvvəl baş nazir Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına Köçəryanın və Sarkisyanın əmlakını müsadirə etməyi tapşırıb.
Tahir TAĞIYEV