Avqustun 25-də Ermənistan İstintaq Komitəsi Robert Köçəryanla əlaqəli bütün şirkətlərdə axtarış aparıb. Ermənistan mediası yazır ki, külli miqdarda vergidən yayınma ilə bağlı cinayət işi çərçivəsində ümumilikdə 17 iş və yaşayış ünvanında eyni vaxtda axtarış aparılıb.
Cinayət işi ilə bağlı sənədlər və əşyalar aşkar edilərək müsadirə edilib, axtarışlardan sonra obyektlər möhürlənib. Axtarış əməliyyatlarından sonra şirkətlərin direktorları saxlanılıb.
Rəsmi məlumata görə, sözügedən iqtisadi subyektlər dövlətə təxminən 2 milyard 682 milyon 21 min 224 dram məbləğində ziyan vurublar.
Qeyd edək ki, bu səhər səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Parlament üzvü Levon Köçəryan və Robert Köçəryanı saxlayaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar. Daha sonra Robert Köçəryanın və böyük oğlu Sedrak Köçəryanın saxlanıldığı açıqlanıb.
Bundan əlavə, səhər tezdən vergi orqanları Toyota şirkətinin İrəvan ofisini möhürləyib.
Cinayət işi çərçivəsində Orange Fitness klubunda və Play City əyləncə mərkəzində, eləcə də direktorların mənzillərində istintaq və prosessual hərəkətlər aparılıb. Köçəryan ailəsi bu şirkətlərdə səhmlərə malikdir.
Bundan bir gün əvvəl baş nazir Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına Köçəryanın və Sarkisyanın əmlakını müsadirə etməyi tapşırıb.
Tahir TAĞIYEV