Cümə günü, 06 noyabr 2026
     

İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

Image


Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və ABŞ-İran qarşıdurması artıq yalnız regional təhlükəsizlik məsələsi olmaqdan çıxaraq qlobal iqtisadiyyat üçün ciddi riskə çevrilir. Xüsusilə Hörmüz Boğazında gəmiçilik fəaliyyətinin kəskin azalması enerji bazarlarının və beynəlxalq ticarət zəncirlərinin geosiyasi böhranlara nə qədər həssas olduğunu bir daha nümayiş etdirir.

Bütün bunların fonunda ABŞ rəhbərliyinin Tehranı hədəf alan və neft gəlirləri ilə xarici ticarət əlaqələrini tamamilə kəsməyi hədəfləyən yeni sanksiya dalğası qlobal iqtisadiyyatda şok effekti yaradıb. Dünya Bankı və ABŞ Energetika Nazirliyinin məlumatlarına əsaslanan son hesabatlara görə, İrana qarşı yeni iqtisadi müharibənin fəsadları təkcə Tehrana deyil, bütün dünyaya təsir edir. Münaqişənin uzanacağı təqdirdə qlobal artımın 1,3 faizə qədər geriləyəcəyi proqnozlaşdırılır ki, bu da 120 trilyon dollarlıq dünya iqtisadiyyatında təxminən 2 trilyon dollarlıq istehsal itkisi deməkdir.

Planlaşdırılan sanksiya paketinin miqyasına diqqət çəkən ABŞ-ın maliyyə naziri Skott Bessent İranla əlaqələrini kəsən ölkələrin qlobal kapitala çıxışının güclənəcəyini deyib: "Bu əməliyyat indiyə qədər bir rəqibə qarşı formalaşdırılmış ən böyük maliyyə hücumudur. İranla əlaqələrini kəsən ölkələrin qlobal kapitala çıxışı güclənəcəkdir".

Tehran rəhbərliyi isə Vaşinqtonun bu addımına kəskin reaksiya verərək sanksiyalara qoşulan bütün ölkələri düşmən elan edib və onların iqtisadi maraqlarının birbaşa hədəf alınacağını bəyan edib.

Qlobal qarşıdurmanın mərkəzi isə Hörmüz boğazıdır. İran və Oman arasında yerləşən Hörmüz Boğazı dünyanın ən mühüm enerji keçidlərindən biridir. 2025-ci ildə boğazdan gündə orta hesabla təxminən 20 milyon barrel neft və neft məhsulu keçib ki, bu da dünya dəniz yolu ilə neft ticarətinin təxminən 25 faizinə bərabərdir. Bundan əlavə, qlobal LNG ticarətinin mühüm hissəsi də bu marşrutdan keçir.

Müharibədən əvvəl dəniz yolu ilə aparılan dünya neft ticarətinin beşdə birinin keçdiyi boğazda, 21 avqusta görə keçidlər münaqişədən əvvəlki dövrlə müqayisədə 90 faiz azalıb. ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, avqustun 24-də boğazdan yalnız 17 gəmi keçdiyi halda, bazar günü bu rəqəm dördə qədər düşüb. Bu böhrandan ilk təsirlənən sahə isə enerji qiymətləridir. "Brent" markalı neftin bir barelinin qiyməti 92,90 dollara qalxaraq müharibənin başladığı 28 fevraldan bəri 25 faiz artım göstərib. Əsas böhran isə emal olunmuş məhsullarda müşahidə olunur. Yaxın Şərqin gündəlik 9,6 milyon barellik neft emalı gücünün 20 faizdən çoxu sıradan çıxdığı bir vaxtda, Avropada dizelin qiyməti 70 faizdən çox, ABŞ-da isə benzinin qiyməti 60 faiz yüksəlib.

Avropa İranla birbaşa ticarətinin məhdud olması səbəbindən sanksiyalardan daha çox enerji böhranı iləüz-üzədir. Dizel qiymətlərindəki 70 faizlik artım daşıma və istehsal xərclərinə təsir edərkən, Avrozona inflyasiyasının 2,9 faizə yüksəlməsi Avropa Mərkəzi Bankının faiz siyasətini çətinləşdirir.

Dünyanın ən böyük enerji idxalçılarından biri olan Hindistanda artan neft qiymətləri cari kəsiri böyüdür və rupi üzərində ağır təzyiq yaradır. Yaponiya və Cənubi Koreya kimi Körfəz neftindən asılı olan Asiya nəhəngləri də Hörmüzdəki tıxanma səbəbindən enerji təchizatı təhlükəsizliyi təhdidi ilə üz-üzə qalıblar.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi Körfəz ölkələri artan neft qiymətlərindən gəlir əldə etsələr də, yüksələn hərbi sığorta və logistika xərcləri bu qazancın böyük hissəsini eridir.

İqtisadi müharibənin İran xaricindəki ən kritik hədəfi isə Çindir. İran neftinin ən böyük alıcısı olan Pekin rəhbərliyinin sanksiyalara qoşulmaması halında, ABŞ-ın Çin neft emalı zavodlarını, banklarını və dəniz daşımacılığı şirkətlərini ikincili sanksiyalarla hədəf alacağı gözlənilir. Bu vəziyyət İran böhranını dünyanın ən böyük iki iqtisadiyyatı arasında yeni və dağıdıcı bir iqtisadi münaqişəyə çevirmək potensialı daşıyır.

Ekspertlər də hesab edir ki, böhranın digər mühüm tərəfi ABŞ-İran qarşıdurmasının Çinlə münasibətlərə təsiridir. Çin son illərdə İran neftinin əsas alıcısı olaraq qalır. ABŞ-ın İranın neft ixracını məhdudlaşdırmağa yönəlmiş yeni sanksiyaları isə Pekin üçün əlavə iqtisadi və enerji təhlükəsizliyi problemləri yaradır.

Hesab edilir ki, İran ətrafında başlayan qarşıdurma tədricən Vaşinqton-Pekin münasibətlərinin də bir hissəsinə çevrilə bilər. ABŞ-ın İran neftinin Çin bazarına çıxışını məhdudlaşdırmaq cəhdləri ilə Çinin enerji maraqları arasında ziddiyyətlərin dərinləşməsi yeni iqtisadi qarşıdurma riskini artırır.

Enerji təchizatında yaranan problemlər yalnız neft və qaz qiymətlərinə təsir göstərmir. Daşıma xərclərinin yüksəlməsi, sığorta haqlarının artması və alternativ marşrutlardan istifadə zərurəti qlobal ticarətin maya dəyərini də artırır.

Ekspertlərin fikrincə, neft qiymətlərinin yüksəlməsi nəqliyyat, istehsal və logistika xərclərini artıraraq Avropadan Asiyaya qədər müxtəlif iqtisadiyyatlarda inflyasiya təzyiqini gücləndirə bilər. Xüsusilə enerji idxalından yüksək dərəcədə asılı olan ölkələr üçün uzunmüddətli təchizat problemləri iqtisadi artım perspektivlərini də zəiflədə bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ