ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada qadınların səfərbər edilməsi ideyasını dəstəklədiyini bildirib.
Kelloq qadınların xidmətini cəmiyyətin müharibədə iştirakının vacib bir hissəsi hesab etdiyini qeyd edib.
Ukrayna mediasının verdiyi məlumata görə , o, ailəsini nümunə göstərərək bildirib ki, qızı ABŞ Hərbi Akademiyasını bitirib və Əfqanıstanda döyüşüb, həyat yoldaşı isə paraşütçü olub və Qrenadada döyüş əməliyyatlarında iştirak edib.
"Qadınların orduya çağırılmasına inanırammı? Cavabım bəlidir. Çünki onlar kişilər qədər yaxşı döyüşürlər. Qadınların cəmiyyətin bir hissəsi kimi xidmət etməsi çox vacibdir. Buna görə də həm şəxsi, həm də peşəkar səviyyədə bununla bağlı heç bir problem görmürəm", - Kelloq deyib.
Tahir TAĞIYEV