İran prezidenti Məsud Pezeşkian müsəlman ölkələrini Yaxın Şərqdə uzunmüddətli sabitlik və təhlükəsizliyi təmin etmək üçün birliyi gücləndirməyə və müxtəlif sahələrdə əlaqələri genişləndirməyə çağırıb. Mehr xəbər agentliyinin verdiyi məlumata görə, o, bu açıqlamanı çərşənbə axşamı Tehranda İraq Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə verib. Pezeşkianın sözlərinə görə, İslam birliyinin gücləndirilməsi regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. O qeyd edib ki, digər sahələrdə ticarət və əməkdaşlığın inkişaf etdirilməsi müsəlman və qonşu dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
SAMİRƏ