Ukrayna Tambov vilayətinin Kotovsk şəhərində yerləşən Wildberries logistika mərkəzinə hücum edib.
Dron hücumundan sonra Tambov hava limanında məhdudiyyətlər tətbiq edilib. Yerli sakinlər daha sonra ən azı 10 partlayış eşitdiklərini, daha sonra isə şəhərin rayonlarından birində yanğın baş verdiyini bildiriblər.
Hücumdan sonra Wildberries mərkəzində yanğın başlayıb. Yerli hakimiyyət orqanları yanğının 40 min kvadrat metr ərazini əhatə etdiyini bildirib. Mərkəzdə həyəcan siqnalı alındıqdan sonra işçilər təxliyə edilib.
Müəssisə yeni malların çatdırılmasını ləğv edib.
Məlumata görə, Ukrayna PUA-ları Nijni Novqorod vilayətində “LUKOIL-Nizhegorodnefteorqsintez” zavoduna da hücum edib. Bura, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və layihə gücü ildə təxminən 17 milyon ton neft təşkil edir.
Tahir TAĞIYEV