Ənənəvi Özbəkistan üslubunda iki oyma pavilyon Amerika Qəhrəmanları Milli Bağının planlaşdırıldığı Qərbi Potomak Parkında quraşdırılmaq üçün Vaşinqtona göndərilib.
Bu barədə Özbəkistanın “Netipiçnıy Taşkent” Teleqram kanalının xəbərində deyilir. Özbəkistanın ABŞ-dakı səfiri Furkat Sidikovun sözlərinə görə, pavilyonlar iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın simvoluna çevriləcək.
“Amerika qəhrəmanlarının heykəllərinin yanında Özbəkistan taxta oymalarını başqa harada tapa bilərsiniz? Xarakterli diplomatiya həmişə standart protokoldan daha xoşdur”- xəbərdə qeyd olunur.
SAMİRƏ