MKİ direktoru danışıqlar üçün çərşənbə axşamı Rusiyaya hərbi təyyarə ilə səfər edib.
The Telegraph-ın xəbərinə görə, Con Retkliff Moskvaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 Globemaster nəqliyyat təyyarəsi ilə gedib. Həmin günün sonunda Amerika kortejinin Rusiya paytaxtında hərəkəti iflic etdiyi bildirilir. Retkliffin kiminlə səyahət etdiyi və ya kiminlə görüşməyi planlaşdırdığı bəlli deyil. Bu, onun Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyin olunduqdan bəri Moskvaya ilk səfəridir. Səfərdən əvvəl Vaşinqtonun ukraynalı həmkarlarına nümayəndə heyətinin gedişinə qədər Rusiyaya hücumları dayandırmağı tapşırdığı bildirilir. Ratkliff Moskvada cəmi bir neçə saat olub.
Qısa səfər ABŞ kəşfiyyatının Rusiyanın Şərqi Avropada kiçik bir quru hücumu və ya kiberhücumlar etməklə NATO ilə gərginliyi artırmağa cəhd edə biləcəyi barədə xəbərdarlıq etdiyi hesabatın dərc olunması ilə üst-üstə düşüb. Bu hesabat, Ukraynadakı müharibə davam etdiyi müddətcə Vladimir Putinin NATO-ya hücum etməyəcəyini iddia edən əvvəlki ABŞ kəşfiyyat qiymətləndirmələrindən əhəmiyyətli dərəcədə fərqlənir.
SAMİRƏ