Bu məqamda Rusiyadan heç kim Robert Köçəryanla bağlı zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bu, mənasızdır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Dojd" telekanalında bildirib.
O əlavə edib ki, Köçəryanın və onun siyasi qüvvəsinin səsləndirdiyi ritorika əsasən Moskvadakı "danışan başlar"ın səsləndirdiyi ritorika ilə eynidir.
Simonyan Köçəryanın və ailəsinin axtarışlarını və saxlanılmasını parlamentdə "Ermənistan" blokundan olan deputat və Robert Köçəryanın oğlu Levon Köçəryanla baş nazir Nikol Paşinyan arasında baş verən şifahi mübahisə ilə əlaqələndirmək cəhdlərini isə gülünc adlandırıb.
Tahir TAĞIYEV