Cümə günü, 06 noyabr 2026
     

Milli maraqların müdafiəsində medianın rolu

Image


Jurnalist Tahirə Qafarlı yazır:

“Media ilə cəmiyyət bir-birindən ayrı mövcud ola bilməz”

Sivil cəmiyyətin inkişafında medianın fəlsəfəsi

Sivil cəmiyyətin dialektikası davamlı və zəncirvari inkişaf prosesinə əsaslanır. Bu zənciri təşkil edən hər bir həlqə ahəngdar şəkildə fəaliyyət göstərdikcə cəmiyyət inkişaf edir, zəif bəndlər isə ya özünü yeniləyərək növbəti mərhələyə keçir, ya da tarixi inkişafın qanunauyğunluğu kimi aradan çıxır. Məhz qarşılıqlı əlaqə cəmiyyətin özünütənzimləmə və özünüqoruma mexanizmlərini formalaşdırır.

Su axdıqca durulduğu kimi, insan da, cəmiyyət də, dövlət də daim ünsiyyət, dialoq şəraitində şəffaflaşır. Eləcə də bütün fəaliyyət istiqamətləri fikir mübadiləsi, sağlam tənqid və açıq müzakirə nəticəsində daha möhkəm bünövrələr üzərində qurulur. Bu mənada cəmiyyətin davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi onun problemlərinin vaxtında obyektiv qiymətləndirilməsi və həlli yollarının axtarılması ilə mümkündür. Bu baxımdan ictimai münasibətlər sisteminin tənzimlənməsində medianın rolu əvəzsizdir. Media cəmiyyətə güzgü tutur. Eyni zamanda cəmiyyət özü də medianın fəaliyyətini qiymətləndirən əsas meyardır. Bu qarşılıqlı münasibət illərdir dəyişməyən bir həqiqəti təsdiqləyir: media ilə cəmiyyət bir-birindən ayrı mövcud ola bilməz! Çünki mətbuat cəmiyyətin içindən doğur, onun problemlərini, uğurlarını və gələcəyə dair gözləntilərini əks etdirir. Azərbaycan milli mətbuatı da 151 ildir belə bir inkişaf yolunu keçərək dövrün çağırışları ilə yenilənib. Tarixin müxtəlif mərhələlərində üzərinə düşən missiyanı məsuliyyətlə yerinə yetirən milli mətbuatımız ictimai şüurun formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə və demokratik düşüncə tərzinin inkişafına mühüm töhfələr verib.

Media, informasiya müharibəsində görünməyən cəbhədir

Müasir dünyada müharibələr artıq yalnız silahla aparılmır. Hər bir siyasi və hərbi qarşıdurmadan əvvəl informasiya məkanında genişmiqyaslı mübarizə başlayır. Bu mübarizənin əsas hədəfi isə insan şüuru, ictimai rəydir. İnformasiya müharibəsində dezinformasiya, saxta xəbərlər, manipulyativ məlumatlar və psixoloji təsir vasitələri əsas silahlardır. Bu silahlar cəmiyyətlərdə inamsızlıq yaratmağa, dövlətlə vətəndaş arasında etimadı sarsıtmağa və daxili sabitliyi pozmağa xidmət edir. Sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə məqsədli şəkildə yayılan yalan məlumatlar qısa müddətdə milyonlarla insana çatır və ictimai rəyə təsir göstərir. Bu səbəbdən informasiya təhlükəsizliyi müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib.

Peşəkar media artıq yalnız xəbər ötürən vasitə deyil, həm də həqiqəti araşdıran, milli maraqları müdafiə edən, cəmiyyətlə dövlət arasında etibarlı informasiya körpüsü yaradan strateji institut kimi çıxış edir.

Rəqəmsallaşmada peşəkar medianın məsuliyyəti

İnternet resurslarının və rəqəmsal platformaların inkişafı fonunda ənənəvi mətbuatın zəiflədiyi ilə bağlı fikirlər tez-tez səsləndirilir. Lakin reallıq göstərir ki, bu proses mətbuatın əhəmiyyətini azaltmır, əksinə, onun üzərinə daha böyük məsuliyyət qoyur. Rəqəmsal informasiya axınının sürətləndiyi bir dövrdə peşəkar media etibarlı mənbə kimi mövqeyini daha da möhkəmləndirir. Eləcə də Vətəndaş jurnalistikası və sosial media informasiya mübadiləsini sürətləndirsə də, yayılan məlumatların doğruluğunun yoxlanılması və ictimaiyyətə obyektiv şəkildə çatdırılması peşəkar medianın əsas missiyası olaraq qalır. Bu baxımdan çap və peşəkar elektron media informasiya məkanında əsas istinad mənbələrindən biri kimi öz əhəmiyyətini xüsusilə qoruyub saxlayır.

Azərbaycan xalqı və dövləti torpaqlarımızın işğal altında olduğu illərdə, 44 günlük Vətən müharibəsi zamanı, postmüharibə dövründə və bu gün də ölkəmizə qarşı aparılan sistemli dezinformasiya kampaniyalarının şahidi olur. Xarici media platformalarında yayılan qərəzli materiallar, sosial şəbəkələrdə dövriyyəyə buraxılan saxta məlumatlar və məqsədli informasiya manipulyasiyaları Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönəlib. Bütün bunlar bir daha təsdiqləyir ki, informasiya məkanı artıq klassik döyüş meydanından heç də az əhəmiyyət daşımır.

Rəqəmsal platformalarda xəbərin yayılma sürəti çox vaxt onun doğruluğunu üstələyir. Buna görə də jurnalistika "birinci olmaq" prinsipindən daha çox "doğru olmaq" prinsipinə üstünlük verməlidir. Müasir jurnalistin peşəkarlığı artıq təkcə yazı hazırlamaq bacarığı ilə deyil, məlumatı yoxlamaq, mənbələri təsdiqləmək, faktları müqayisə etmək və cəmiyyət qarşısında məsuliyyətli qərar vermək bacarığı ilə ölçülür.

İnformasiya təhlükəsizliyi ortaq məsuliyyətdir

İnformasiya təhlükəsizliyi cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətini tələb edən ümummilli məsələdir. Çünki informasiya savadlılığı yüksək olan vətəndaş manipulyativ məlumatları daha asan müəyyən edir, dezinformasiyanın yayılmasına alət olmur və sosial şəbəkələrdə paylaşdığı hər bir məlumatın məsuliyyətini dərk edir. Məhz buna görə də medianın maarifləndirici funksiyası bu gün əvvəlki dövrlərlə müqayisədə daha böyük əhəmiyyət kəsb edir.

İnformasiya əsrində həqiqəti qorumaq artıq yalnız jurnalistin peşə borcu deyil, həm də milli təhlükəsizliyin mühüm şərtlərindən biridir. Son illər informasiya texnologiyalarının və sosial şəbəkələrin sürətli inkişafı rəqəmsal medianın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bununla yanaşı, dezinformasiyanın geniş vüsət alması cəmiyyətdə qeyri-müəyyənlik yaradır və informasiya təhlükəsizliyi ilə bağlı riskləri artırır. Müasir dövrdə dövlət, media və cəmiyyət arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq informasiya təhlükəsizliyinin təmin edilməsinin başlıca şərtlərindən biridir. Artıq təkcə jurnalistlər deyil, sosial şəbəkələrdə məlumat yayan hər bir istifadəçi ictimai məsuliyyət daşıyır. Bu reallıq peşəkar medianın cəmiyyətdəki rolunu daha da artırır.

Media ilə gənclər bir-birini tamamlayan iki mühüm ictimai qüvvədir. Bu gün xüsusilə gənclərin rəqəmsal platformalarda daha fəal olması medianın maarifləndirici missiyasını ön plana çıxarır. Gənclər doğru informasiya mənbələrini seçməyi, saxta xəbərləri ayırd etməyi, və milli maraqları hədəfə alan ideoloji təsirləri düzgün qiymətləndirməyi məhz peşəkar media vasitəsilə öyrənirlər.

Sivil cəmiyyətin inkişafı sağlam ictimai rəyə əsaslandığı kimi, sağlam ictimai rəy də obyektiv, məsuliyyətli və milli maraqları rəhbər tutan media mühitində formalaşır. Bu baxımdan media ilə gənclər bir-birini tamamlayan iki mühüm ictimai qüvvədir. Media cəmiyyəti maarifləndirən və düzgün istiqamətləndirən platformadırsa, gənclər də bu ideyaları gələcəyə daşıyan, ictimai təşəbbüsləri genişləndirən və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən əsas sosial qüvvədir.

Onu da qeyd etmək lazımdır ki, sosial media və vətəndaş jurnalistikasının sürətli inkişafı informasiya əldə etmək imkanlarını nə qədər genişləndirsə də, peşəkar media faktorunu əvəz edə bilməz. Məhz informasiya peşəkarlığı sağlam media mühitinin ən etibarlı dayaqlarından biri olaraq qalır.

Qloballaşan informasiya məkanında milli kimliyin, dövlətçilik düşüncəsinin və vətəndaş məsuliyyətinin qorunması strateji əhəmiyyət daşıyır. Bu baxımdan 151 illik inkişaf yolu keçən Azərbaycan milli mətbuatı tarixi missiyasını bu gün də uğurla davam etdirir.

Rəqəmsal savadlılıq və gələcəyin çağırışları

Müasir əmək bazarında uğurun əsas meyarı bilik, çevik düşüncə, innovativ yanaşma və daim öyrənmək bacarığıdır. Süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, biotexnologiya, yaşıl enerji, rəqəmsal marketinq və innovasiya yaxın onilliklərdə inkişafın əsas istiqamətlərini müəyyən edəcək sahələrdir. Azərbaycan gəncliyi də bu dəyişikliklərə hazır olmalı, rəqabətədavamlı bilik və bacarıqlara yiyələnməlidir. Startap ekosisteminin inkişafı, innovasiya mərkəzlərinin və texnoparkların fəaliyyətinin genişlənməsi göstərir ki, uğurun əsasını hər zaman böyük maliyyə imkanları deyil, yaradıcı ideya, bilik və təşəbbüskarlıq təşkil edir.

Güclü dövlətin və sivil cəmiyyətin təməlində güclü gənclik dayanır. Sağlam ailə dəyərlərinə malik, keyfiyyətli təhsil alan, milli-mənəvi dəyərlərə sadiq və müasir biliklərə yiyələnən gənclər ölkənin ən böyük strateji resursudur. Bu gün Azərbaycan gəncliyi böyük imkanlarla yanaşı, yeni çağırışlarla da üz-üzədir. Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə insanların ünsiyyət forması da dəyişib. Sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, canlı ünsiyyətin, sağlam ictimai dialoqun və milli-mənəvi dəyərlərin qorunması öz aktuallığını saxlayır. Rəqəmsal dünyanın imkanlarından səmərəli istifadə etməklə yanaşı, milli kimliyin, vətəndaş məsuliyyətinin və sosial həmrəyliyin qorunması da gənclərin əsas vəzifələrindən biri olmalıdır.

Azərbaycanın gələcəyi yalnız iqtisadi göstəricilər və texnoloji inkişafla müəyyən olunmur. Ölkənin sabahı bu gün formalaşan gənclərin dünyagörüşündən, biliyindən, vətənpərvərlik ruhundan, milli-mənəvi dəyərlərə bağlılığından və vətəndaş məsuliyyətindən birbaşa asılıdır.

Güclü media, fəal gənclər və dayanıqlı sivil cəmiyyət

Obyektiv, operativ və məsuliyyətli jurnalistika dezinformasiyaya qarşı mübarizənin ən təsirli vasitələrindən biridir. İnformasiya bolluğu şəraitində peşəkar medianın əsas üstünlüyü də məhz etibarlı və yoxlanılmış məlumat təqdim etməsindədir.

Bu prosesdə gənclərin üzərinə də mühüm vəzifələr düşür. Milli dəyərlərə sadiq, müasir dünyagörüşünə malik, rəqəmsal savadlı və tənqidi düşünmə bacarığı formalaşmış gənclər informasiya manipulyasiyalarına qarşı cəmiyyətin ən etibarlı dayaqlarından biridir. Onların media, elm, təhsil, könüllülük hərəkatı, vətəndaş cəmiyyəti institutları və ictimai təşəbbüslərdə fəal iştirakı cəmiyyətin inkişafına yeni dinamizm qazandırır.

Müasir Azərbaycan cəmiyyətində dövlət, media, vətəndaş cəmiyyəti institutları və gənclər arasında formalaşan əməkdaşlıq modeli formalaşır. Azərbaycan reallığında gənclər artıq təkcə gələcəyin deyil, bu günün də fəal iştirakçılarıdır. Bu baxımdan ailə, media, təhsil və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti milli maraqlara söykənən, yüksək mənəvi dəyərlərə malik, informasiya manipulyasiyalarına qarşı dayanıqlı cəmiyyətin formalaşmasının əsas şərtidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ