İran və Oman nümayəndələri Hörmüz boğazından keçən gəmilər üçün müvəqqəti marşrut barədə razılığa gəliblər.
Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi çərşənbə axşamı bildirib. "Biz Omanla razılığa gəldik ki, gəmilər boğaza İranın ərazi suları vasitəsilə daxil olacaq. Boğazdan çıxan marşrutun bir hissəsi də İranın ərazi sularından keçəcək", - deyə Yaxın Şərq mediası onun sözlərini sitat gətirib. Diplomat izah edib ki, bu müvəqqəti marşrut üçün ilkin təklif İran hərbçiləri tərəfindən irəli sürülüb. Daha sonra iki ölkə təklifi təxminən 40 gün müzakirə edib. Qəribabadi bunun müvəqqəti həll yolu olduğunu vurğulayıb. İran və Oman daha sonra daimi marşrut barədə danışıqlar aparacaqlar. Əldə edilən razılaşmaların başqa bir marşrutu - Hörmüz boğazının cənub hissəsindən keçməsini əvəz etmək üçün nəzərdə tutulduğunu vurğulayan Qəribabadinin sözlərinə görə, Oman hakimiyyəti əvvəlcə "ABŞ-ın təzyiqi altında" buna razılıq verib. İranlı diplomat xəbərdarlıq edib ki, müvəqqəti marşruta razılıq vermək boğazın gəmiçilik trafikinə tam açıq olması demək deyil. O izah edib ki, yalnız ABŞ ilə münaqişə tam həll edildikdən sonra boğazdan keçən nəqliyyat bərpa edilə bilər.
SAMİRƏ