Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Ermənistan səfərbərlikdən və cəbhəyə göndərilməkdən yayınmaq istəyən rusların ölkəyə girişinə mane olmayacaq.
"Dojd " telekanalının Ermənistanın müharibəyə göndərilməkdən yayınmaq istəyən yeni rus dalğasını qəbul etməyə hazır olub-olmadığı ilə bağlı sualına cavab olaraq, Simonyan hakimiyyətin onlara mane olmaq niyyətində olmadığını deyib.
"Sərhəddə heç kim heç kimdən buraya niyə gəldiyini soruşmayacaq. Bildiyiniz kimi, Rusiyadan olan insanlar buraya pasportsuz gələ bilərlər. Ruslara yalnız bir şey deyə bilərik: "Ermənistana xoş gəlmisiniz". Biz buradakı hər kəsi sevirik və hörmət edirik", - deyə o bildirib.
Simonyanın sözlərinə görə, ruslar Rusiyanı tərk edərkən axtardıqlarını Ermənistanda tapa və lazım bildikləri zaman geri qayıda biləcəklər: "Onlar Ermənistana gələndə tapmaq istədikləri hər şeyi burada tapacaqlar. Və onlar üçün əlverişli olan hər zaman Rusiyaya qayıda biləcəklər. Ermənistan onlara heç bir şəkildə mane olmayacaq və lazım gələrsə, onlara kömək edəcəyik".
Tahir TAĞIYEV