Səhnədə "Güllü" kimi tanınan türkiyəli sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Yalova Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Güllünün qızı Tuğyan Ülkem Gülterə ağırlaşdırılmış ömürlük həbs cəzası, dostu Sultan Nur Uluya isə 4 ilə qədər həbs cəzası istənilib. İstintaq çərçivəsində hadisə gecəsindən yeni təhlükəsizlik kamerası görüntüləri də ortaya çıxıb. Gül Tut 26 sentyabr 2025-ci ildə Çinarcık rayonunun Harmanlar məhəlləsindəki Vəli Akı küçəsindəki bir binanın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq vəfat edib. Hadisədən sonra Yalova Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlayıb. Meyit müayinəsindən sonra Güllünün cəsədi İstanbulda dəfn edilib. Sənətçinin qızı Tuğyan Ülkem Gülter və dostu Sultan Nur Ulu istintaq çərçivəsində əvvəlki üç ifadədə ziddiyyətli ifadələr verdikləri bildirildikdən sonra həbs ediliblər. Gülter "qəsdən adam öldürmə" ittihamı ilə həbs edilib, Sultan Nur Ulu isə ev dustaqlığına buraxılıb. Yalova Baş Prokurorluğu tərəfindən aparılan istintaq 11 aydan sonra başa çatıb. Hazırlanan ittihamnamədə bir nömrəli təqsirləndirilən şəxs kimi göstərilən Tuğyan Ülkem Gülter "valideyni qəsdən öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
SAMİRƏ