Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Finlandiya prezidenti Aleksandr Stubbu Rusiya infrastrukturuna hücum ehtimalı ilə bağlı açıqlamalarına münasibət bildirərkən sərt tənqid edib. Tənqidə Finlandiya liderinin Ukraynanın Rusiya Wildberries anbarlarına hücumlarının ağlabatan hərbi strategiya olduğu barədə açıqlaması səbəb olub. "Yenə də Finlandiya prezidenti əsl axmaqdır. O, Wildberries bazarına hücumlar vasitəsilə Rusiyanın məğlubiyyətindən danışır. Onun peşəkarlıq səviyyəsi yerlə sürünür", - deyə Medvedev Max kanalında yazıb. "Lakin o, hətta Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri olanda da belə idi. Mən onu yaxşı xatırlayıram. Heç nə dəyişməyib. Eyni sima, eyni zəka..." Medvedev əlavə edib. Xatırladaq ki, Finlandiya lideri anbarlara hücumları Rusiyanı danışıqlara məcbur etmək üçün bir yol adlandırıb. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik siyasətçini Kiyevin müharibə cinayətlərini haqlı çıxarmaqda ittiham edib.
SAMİRƏ