Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Rumıniya səfirliyində çalışan bir diplomatı "persona non-qrata" elan etdiyini açıqlayıb.
Nazirliyin yazılı açıqlamasında Rumıniyanın əvvəllər Rusiya diplomatını "persona non-qrata" elan etdiyi xatırladılıb. Bu qərarın əsassız olduğu vurğulanıb və buna görə də Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Liliana Burda nazirliyə çağırılıb.
"Səfirə Moskvadakı Rumıniya səfirliyinin əməkdaşının "persona non-qrata" elan edildiyini bildirən diplomatik nota verilib" – deyə naziriliyin açıqlamasında bildirilir.
Rumıniya, bu yaxınlarda öz ərazisində üç dron vurulmasını əsas gətirərək, bir rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib və Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Tahir TAĞIYEV