Ukrayna daha iki Ozon anbarına zərbə endirib. Şirkətin açıqlamasına görə, Orenburq və Ufadakı logistika obyektləri gecə ərzində dron hücumuna məruz qalıb.
"Biz bütün işçiləri tez bir zamanda təxliyə etdik. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Yanğın baş verməyib" - deyə Ozon-dan bildirilib.
“Orenburqdakı müəssisə fəaliyyətini bərpa edib. Ufadakı logistika kompleksinə kiçik ziyan dəyib, lakin hərtərəfli yoxlama aparılana qədər hələlik bağlı qalır. Hazırda Ufadakı satıcılardan çatdırılmaları qəbul etmirik; tranzitdə olanlar digər müəssisələrə yönləndirilir. Müştərilər sifarişləri həmişəki kimi verə bilərlər”, - deyə şirkət qeyd edib.
Ozon, Wildberries-dən sonra Rusiyanın ikinci ən böyük onlayn bazarıdır.
Tahir TAĞIYEV