Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Viner Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Çox hörmətli Mehriban xanım.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin həyatınız ölkənizə və xalqınıza fədakar xidmətin nümunəsidir. Sizin rəhbərliyinizlə möhtəşəm sosial proqramlar həyata keçirilir, səhiyyə, təhsil və mədəniyyət inkişaf edir, ölkənin beynəlxalq nüfuzu möhkəmlənir. Siz Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edərək idmanın inkişafına, dünya səviyyəli idmançıların hazırlanmasına və nüfuzlu yarışların keçirilməsinə əvəzsiz töhfə vermisiniz.
Sizə həyatınızda daim sevinc arzulayıram. Özünüz üçün arzuladığınız hər şeyin Sizə nəsib olmasını diləyirəm. Hər zaman təravətli qalın, sağlam, xoşbəxt, gözəl və sevilən olun. Hər zaman, hər yerdə və hər işdə uğurlar Sizi müşayiət etsin. Böyük Azərbaycana, şəxsən Sizə, ailənizə və sevdiyiniz hər kəsə rifah və firavanlıq arzulayıram".
xxx
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
"Hörmətli Mehriban Arif qızı!
VTB Bankın İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Uzun illərdir ki, Siz məsul vəzifələrdə çalışaraq Azərbaycanın tərəqqisinə yorulmadan xidmət edirsiniz. Sizin fəaliyyətiniz ən geniş səviyyədə yüksək qiymətləndirilmişdir.
Hörmətli Mehriban Arif qızı, Sizə bütün təşəbbüslərinizin uğurla həyata keçirilməsini, möhkəm cansağlığı, sülh və ailənizə firavanlıq arzulayıram".
Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin həyatınız və fəaliyyətiniz Vətəninizə fədakar xidmətin, humanist ideallara sədaqətin və Azərbaycan xalqının mənəvi irsinə dərin ehtiramın nümunəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində Siz ölkənin sosial-iqtisadi inkişafına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verirsiniz.
Fəaliyyətiniz məsuliyyət, ardıcıllıq və insanları mühüm quruculuq məqsədləri ətrafında birləşdirmək bacarığı ilə səciyyələnir.
Sizin uzun illər ərzində həyata keçirdiyiniz humanitar və xeyriyyəçilik fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və sosial dəstək sahələrində genişmiqyaslı layihələr həyata keçirir.
Bu təşəbbüslər sayəsində uşaqlar və ailələr yardım alır, tarixi abidələr qorunur, məktəblər və tibb müəssisələri açılır, Azərbaycanın zəngin mədəni irsi isə beynəlxalq aləmdə daha geniş tanınır.
Sizi güclü dövlət xadimi, yüksək mədəniyyətə və nadir şəxsi cazibəyə malik insan kimi tanıyırlar.
Siz ölkəyə məsuliyyətli xidmətinizi ailəyə, milli ənənələrə və əbədi mənəvi dəyərlərə qayğıkeş münasibətlə layiqincə uzlaşdırırsınız.
Hörmətli Mehriban Arif qızı, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və tükənməz enerji arzulayıram".
Rusiyalı sahibkar Alişer Usmanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Sizin mərhəmət və humanizm idealları naminə yorulmaz fəaliyyətiniz, İslam dünyasının zəngin mədəni və mənəvi irsinin qorunmasına göstərdiyiniz qayğı səmimi heyranlıq hissi doğurur.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və ailə səadəti arzulayıram. Qoy Uca Tanrı Sizin evinizə hər zaman əmin-amanlıq, harmoniya və firavanlıq bəxş etsin".