Cümə günü, 06 noyabr 2026
     

Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

Image


Akif Nəsirli: “Azərbaycan artıq Xəzər hövzəsi ilə Qərb bazarlarını birləşdirən formalaşmış enerji və nəqliyyat infrastrukturlarına malikdir”

Özbəkistan neftinin Azərbaycan ərazisindən Qərb bazarlarına nəqli Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yalnız quru və konteyner yükdaşımaları deyil, həm də strateji enerji xətti kimi şaxələndirilməsini təmin edir. Özbəkistanın enerji resurslarının Azərbaycan üzərindən Qərb bazarlarına çıxarılması məsələsi son dövrlərdə iki ölkə arasında dərinləşən strateji tərəfdaşlıq fonunda xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs təkcə enerji ixracı marşrutunun şaxələndirilməsi deyil, həm də Azərbaycanın Orta Dəhlizdə tranzit və enerji qovşağı kimi rolunun gücləndirilməsi baxımından diqqət çəkir. Özbəkistan üçün yeni ixrac imkanlarının yaranması, Azərbaycan üçün isə tranzit gəlirlərinin və regional əhəmiyyətinin artması baxımından bu marşrut qarşılıqlı maraqlara cavab verə bilər. Digər tərəfdən, layihənin reallaşması onun iqtisadi səmərəliliyindən, daşınacaq neftin həcmindən və mövcud infrastrukturun imkanlarından asılı olacaq.

“Azərbaycan və Özbəkistan enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirir. Bu istiqamətlərdən biri Özbəkistanın daxili tələbatını qarşılamaq məqsədilə neft məhsullarının birgə istehsalıdır”. Bunu Özbəkistanın energetika naziri Şerzod Xocayev bildirib.

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, özbək neftinin Azərbaycanın üzərindən Qərb bazarlarına nəql olunması ilə bağlı yanaşmanı Orta Dəhlizin enerji komponentinin genişləndirilməsi baxımından qiymətləndirmək olar. “Bu, Azərbaycan üçün həm geoiqtisadi, həm də tranzit baxımından əhəmiyyətli imkan yaradır. Özbəkistanın enerji resurslarının Xəzər üzərindən Azərbaycana gətirilməsi və daha sonra Bakı-Tbilisi-Ceyhan kimi mövcud infrastruktur vasitəsilə dünya bazarlarına çıxarılması iki ölkə arasında nəqliyyat və enerji əməkdaşlığını daha da dərinləşdirə bilər.

Burada əsas üstünlük ondan ibarətdir ki, Azərbaycan artıq Xəzər hövzəsi ilə Qərb bazarlarını birləşdirən formalaşmış enerji və nəqliyyat infrastrukturlarına malikdir. Ələt limanı, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər nəqliyyat imkanları Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Özbəkistan üçün isə alternativ ixrac marşrutlarının yaranması enerji resurslarının dünya bazarlarına çıxarılmasında daha çox seçim imkanları deməkdir. Bu, bir istiqamətdən asılılığın azaldılması baxımından da mühüm ola bilər”.

A.Nəsirli vurğuladı ki, bu əməkdaşlığın siyasi tərəfi də kifayət qədər əhəmiyyətlidir. “Azərbaycan və Özbəkistan son illərdə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər. Özbək neftinin Azərbaycan üzərindən Qərbə çıxarılması iki ölkənin münasibətlərində enerji amilini də mühüm istiqamətə çevirə bilər. Eyni zamanda bu marşrut Orta Dəhlizin yalnız yük və konteyner daşımaları ilə məhdudlaşmadığını, gələcəkdə enerji resurslarının daşınmasında da mühüm rol oynaya biləcəyini göstərər.

Azərbaycan üçün əsas qazanc isə yalnız tranzit haqqından ibarət olmayacaq. Belə layihələr ölkənin liman, dəmir yolu, gəmiçilik, logistika və neft infrastrukturlarına əlavə yük gətirərək həmin sahələrdə iqtisadi fəallığı artıra bilər”.

A.Nəsirlinin sözlərinə görə, əgər Özbəkistan neftinin həcmi gələcəkdə əhəmiyyətli səviyyəyə çatarsa, Azərbaycan Xəzər hövzəsində enerji resurslarının Qərbə çıxarılmasında daha vacib tranzit qovşaqlarından birinə çevrilə bilər.

“Digər tərəfdən, burada kommersiya məsələsini də nəzərə almaq lazımdır. Marşrutun siyasi baxımdan əlverişli olması onun avtomatik olaraq iqtisadi baxımdan sərfəli olması demək deyil. Neftin Özbəkistandan Xəzər limanlarına çatdırılması, tankerlərlə Azərbaycana daşınması, burada terminal və kəmər imkanlarından istifadə olunması əlavə xərc yaradır. Buna görə də layihənin uzunmüddətli və böyük həcmli olması üçün nəqliyyat xərcləri, neftin həcmi, tariflər və dünya bazarındakı qiymətlər uyğun olmalıdır.

Ümumilikdə, bunu Azərbaycan üçün mühüm strateji imkan kimi qiymətləndirmək olar. Azərbaycan artıq öz neftini dünya bazarlarına çıxaran ölkə olmaqla yanaşı, tədricən digər Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Qərbə daşınmasında da əsas bağlantı nöqtəsinə çevrilə bilər. Özbəkistan neftinin Azərbaycan üzərindən Qərbə çıxarılması reallaşarsa, bu, Azərbaycanın Orta Dəhlizdəki rolunu gücləndirəcək və Xəzərin şərq sahili ilə Avropa arasında enerji-logistika bağlantısını daha da möhkəmləndirəcək”-deyə A.Nəsirli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ