Macarıstan çərşənbə günü rəsmi olaraq Rusiyanı potensial təhdidlər siyahısına daxil edib.
Bu barədə EFE agentliyi xəbər verir.
"Rusiyanın davranışı təkcə Macarıstan üçün deyil, həm də Avropa və bütövlükdə dünya nizamı üçün təhlükə yaradır", - deyə Macarıstanın Rəsmi Qəzetində Baş nazir Peter Magyarın imzası ilə dərc olunmuş bir nəşrdə bildirilir. Agentlik nəşrdən bir hissəyə istinad edir.
Macarıstanın baş naziri həmçinin qeyd edib ki, Budapeşt Ukraynadakı münaqişədə bütün sülh təşəbbüslərini və uzunmüddətli təhlükəsizlik zəmanətlərini dəstəkləməyə davam edəcək.
Magyar əlavə edib ki, sələfi Viktor Orban kimi Ukraynaya silah vermək niyyətində deyil.
SAMİRƏ