Cümə günü, 06 noyabr 2026
     

Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

Image


ABŞ Dövlət Departamenti Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb. Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi “Heyət Təhrir əş-Şam”a qarşı tətbiq olunan sanksiyaları da ləğv edib. Vaşinqton bu addımları Suriyanın dünya iqtisadiyyatına reinteqrasiyasını, xarici investisiyaların cəlb edilməsini və siyasi-iqtisadi sabitliyin gücləndirilməsini dəstəkləmək məqsədi ilə izah edir.

Bu qərar Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ-ın Dəməşqlə münasibətləri normallaşdırmaq siyasətinin davamı kimi qiymətləndirilir. Tramp administrasiyası 2025-ci ilin iyununda Suriyaya qarşı tətbiq edilmiş sanksiyaların böyük hissəsini də ləğv etmişdi.

Suriya hakimiyyəti ABŞ-ın son qərarını ölkənin beynəlxalq iqtisadi və maliyyə sisteminə qayıtması, investisiya və texnologiya cəlb etməsi baxımından tarixi fürsət kimi qiymətləndirir.

Bununla belə, Suriyanın İsraillə münasibətləri gərgin olaraq qalır. Tərəflər arasında gərginliyin azaldılması üçün danışıqlar aparılsa da, İsrail Suriyada Türkiyənin hərbi mövcudluğunun güclənməsinə qarşı çıxır və vaxtaşırı Suriya ərazisinə zərbələr endirir.

Digər əsas problem Qolan yüksəklikləridir. Ərazinin böyük hissəsi İsrailin nəzarətindədir və BMT ilə Avropa İttifaqı bu əraziləri işğal olunmuş Suriya torpaqları kimi tanıyır. İsrail isə Qolan yüksəkliklərinin öz nəzarətində qalacağını bildirir.

ABŞ və İsrailin Suriyada yeni hakimiyyətlə münasibətləri normallaşdırmaq və Türkiyənin hərbi-siyasi təsirini məhdudlaşdırmaq istiqamətində atdığı addımlar fonunda bu siyasət gələcəkdə Türkiyənin Suriyadan sıxışdırılaraq çıxarılmasına və Ankara–Dəməşq münasibətlərinin Vaşinqton və Təl-Əvivin maraqlarına uyğun şəkildə formalaşdırılmasına gətirib çıxara bilərmi?

Bəhruz Quliyev: "Burada əsas məqsəd yalnız Suriyanın iqtisadiyyatını dirçəltmək deyil, həm də ölkədə yeni siyasi balans formalaşdırmaqdır"

Bəhruz Quliyev:

"ABŞ-ın Suriyaya münasibətdə son addımları təsadüfi deyil. Vaşinqtonun Dəməşqi terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarması və "Heyət Təhrir əş-Şam"a qarşı sanksiyaları ləğv etməsi, əslində, Suriyanın yeni mərhələdə beynəlxalq sistemə qaytarılması siyasətinin tərkib hissəsidir. Burada əsas məqsəd yalnız Suriyanın iqtisadiyyatını dirçəltmək deyil, həm də ölkədə yeni siyasi balans formalaşdırmaqdır.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ Suriyaya münasibətdə əvvəlki sərt siyasətdən mərhələli şəkildə uzaqlaşır. Sanksiyaların yumşaldılması Dəməşqə investisiya və texnologiya axınının qarşısını açmaqla yanaşı, yeni hakimiyyətin Qərblə əlaqələrini gücləndirir. Bu isə Suriyanın siyasi və iqtisadi istiqamətinin dəyişməsi deməkdir.

Amma burada daha ciddi məsələ Türkiyənin Suriyadakı mövqeyidir. Ankara illərdir Suriyanın şimalında həm təhlükəsizlik, həm də siyasi baxımdan mühüm təsir imkanlarına malikdir. Türkiyənin əsas narahatlığı sərhədlərində terror təhlükəsinin qarşısının alınması və Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. ABŞ və İsrail isə Türkiyənin Suriyada artan hərbi-siyasi təsirini öz maraqları baxımından problem kimi görə bilər". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə əsas sual budur ki, Vaşinqton və Təl-Əviv Suriyanın yeni hakimiyyəti ilə münasibətləri normallaşdırmaqla yanaşı, Ankaranın bölgədəki təsirini nə dərəcədə məhdudlaşdıra biləcək.

B.Quliyev hesab edir ki, Türkiyənin Suriyadan tamamilə sıxışdırılıb çıxarılması real görünmür: "Çünki Türkiyə bu məsələdə həm coğrafi, həm təhlükəsizlik, həm də siyasi baxımdan birbaşa maraqlıdır. Ankara üçün Suriya milli təhlükəsizlik məsələsidir və Türkiyə öz sərhədləri yaxınlığında baş verən proseslərə kənardan tamaşa etməyəcək.

Lakin ABŞ və İsrailin məqsədi Türkiyəni tamamilə Suriyadan çıxarmaqdan daha çox, onun təsir imkanlarını müəyyən çərçivədə saxlamaq ola bilər. Başqa sözlə, qarşıdakı mərhələdə Vaşinqtonun Ankara-Dəməşq münasibətlərinin hansı istiqamətdə inkişaf etməsinə təsir göstərmək cəhdlərinin artacağını istisna etmək olmaz.

Qolan yüksəklikləri məsələsi, İsrailin Suriyadakı hərbi əməliyyatları və Türkiyənin mövcudluğu bu üçbucağı daha da mürəkkəbləşdirir. Suriya faktiki olaraq böyük güclərin və regional aktorların maraqlarının toqquşduğu məkana çevrilir.

Bu baxımdan, ABŞ-ın sanksiyaları aradan qaldırması yalnız iqtisadi qərar deyil. Bu, Suriyanın gələcək siyasi arxitekturasının formalaşdırılmasına yönəlmiş daha geniş strategiyanın bir hissəsidir. Türkiyə isə bu prosesdə öz maraqlarını qorumaq üçün həm Dəməşqlə, həm də Vaşinqtonla münasibətlərini daha çevik və praqmatik şəkildə qurmağa çalışacaq.

Əsas məsələ odur ki, Suriya yenidən xarici güclərin rəqabət meydanına çevrilməsin. Əks halda, Əsəd rejiminin devrilməsi ilə başlayan yeni mərhələ sabitlik deyil, başqa formada geosiyasi qarşıdurma yarada bilər".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ