Cümə günü, 06 noyabr 2026
     

Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

Image


İlqar Hüseynli: “Bu mexanizm tədricən gücləndikcə, insanlar bu istiqamətdə maarifləndikcə, onlayn növbə mədəniyyəti genişləndikcə, formalaşdıqca bu problemlər də aradan qalxacaq”

Dövlət tibb müəssisələrində insan sıxlığı günü-gündən daha da artır. Elə bir xəstəxana, poliklinika tapmaq çətindir ki, orada uzun-uzadı canlı növbə olmasın. Bir tərəfdən canlı növbələr, digər tərəfdən onlayn qaydada növbə götürənlər var və bu da çox zaman xəstələr arasında narazılığa səbəb olur. Bir sözlə, Azərbaycanın dövlət xəstəxanalarında və poliklinikalarında uzun növbələrin yaranması əsas sosial problemlərdən biri olaraq qalır.

Söz yox ki, TƏBİB problemin aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Vətəndaşlar randevu.its.gov.az portalına daxil olmaqla onlayn növbə götürürlər.

TƏBİB-in onlayn növbə sistemi hələlik mərhələli şəkildə yalnız bəzi seçilmiş xəstəxanalarda tətbiq olunur və bu keçid dövründə bəzi texniki nasazlıqlar, eləcə də planlaşdırma çətinlikləri müşahidə edilir.

Həkim qəbuluna onlayn növbə yalnız myGov mobil tətbiqi vasitəsilə əldə edilir. Qeyri-rəsmi saytlar və ya platformalar bəzən vətəndaşlar arasında qarışıqlıq yaradır.

Sistem hələlik “Yeni Klinika”, Kliniki Tibbi Mərkəz, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasında işləyir. Sistemə girişdə, ixtisas və ya həkim seçimində zaman-zaman fasilələr yaranır. Qəbul cədvəllərinin tam inteqrasiya olunmaması vətəndaşların və həkimlərin iş yükünün tənzimlənməsində çətinliklər törədir.

Bəzi hallarda pasiyentlər onlayn növbə götürsələr də, xəstəxanadaxili canlı növbə və ya qeydiyyat prosesi ilə sistem tam uzlaşmır. Görülən İşlərTƏBİB rəqəmsal sistemin təkmilləşdirilməsi üçün işlər aparır.İlin sonuna qədər onlayn növbə ilə qeydiyyatdan keçənlərin birbaşa qeydiyyat masasından yan keçərək həkim otağına yönləndirilməsi mexanizmi planlaşdırılır. Əsas məqsəd qəbul prosesini maksimum dərəcədə optimallaşdırmaq, əlavə prosedurları azaltmaq və vətəndaşların gözləmə müddətini qısaltmaqdır.

Burada əsas narazılıq odur ki, Azərbaycandakı xəstəxana və poliklinikalarda tətbiq edilən onlayn növbə sistemində texniki nasazlıqlar və planlaşdırma çətinlikləri yaradır.

Çox eşidirik ki, vətəndaşlar randevu.its.gov.az portalına daxil olarkən texniki fasilələr və yüklənmələr səbəbindən vaxtında növbə götürə bilmirlər.

Onlayn qeydiyyatdan keçən şəxslər xəstəxanaya gəldikdə canlı növbədə olan digər vətəndaşlarla qarşıdurmalar və sıxlıq yaranır. Bəzən canlı növbədə dayananlarla onlayn növbə götürən xəstələr arasında dava da düşür.

Problemin səbəblərindən danışan ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, Azərbaycanda İT texnologiyalarının inkişafı, xidmət sistemlərinə keçid tam oturuşmayıb. “Bu yeni yaranmış bir modeldir. Bu modeilin bir neçə üstünlüklər var və bunlar ondan ibarətdir ki, vətəndaş evindən kənara çıxmadan onlayn qaydada növbə götürür, müəyyən olunmuş saatda xəstəxanaya gedib müayinə oluna bilir. Amma İT texnologiyalarında yaranan problemlər, sistemlərin həddən artıq yüklənməsi bəzən görürsən ki, onlayn platformaların çökməsinə səbəb olur, mexanizmlərdə dayanmalara gətirib çıxarır. Yükləmələr zamanı bəzən insanlar saatlarla gözləməli olur ki, onlayn növbəyə düşə bilsinlər. Amma bütün hallarda randevu.its.gov.az portalına daxil olub onlayn növbə götürmək vətəndaşların xidmətlərə əl çatanlığı, rahatlığı baxımından çox yaxşıdır. Sadəcə olaraq, burada onlayn növbə ilə yanaşı canlı növbə sistemi də var ki, vətəndaş birbaşa xəstəxanalara, poliklinikalara yaxınlaşaraq resepşnə-xidmət sektoruna yaxınlaşıb canlı növbə götürürlər. Bu halda bəzən onlayn növbə götürüb xəstəxanaya gələnlərlə canlı növbə dayananlar arasında mübahisələr yaranır. Yəni bir də görürsən ki, tablo ardıcılığında 10-cu rəqəm yazılmalı olduğu halda bəzən 3-cü, 4-cü yazılır. Onlayn növbə götürənlərin vaxtı yaxınlaşanda onlar xidmət almaq istəyən zaman onlarla canlı növbə götürənlər arasında mübahisənin səbəbi bu amildir. Yəni canlı növbədə dayanan insanların çoxu bilmir ki, onlayn növbə götürən insanların vaxtı dəqiq yazılıb və onlar həmin saatda xidmətdən istifadə etməlidir. Bu hallarda problemlər yaranır”.

İ.Hüseynlinin sözlərinə görə, çünki vətəndaşlarımızın hamısı onlayn sistemdən istifadə edə bilmirlər, bununla bağlı bilik və bacarıqları yetərli deyil. “Tutalım, bir ailənin üzvü olan yaşlı bir qadın, yaşlı bir kişişin ümumiyyətlə bu barədə təsəvvürləri olmur və onlar birbaşa poliklinikaya gəlir və növbəyə dayanırlar və o növbə əsasında da öz sıralarını gözləyirlər. Bu zaman onlayn növbə ilə gələnlər qabağa düşdükdə bu narazılıqlar yaranır. Bunun səbəblərini əvvəlcə vətəndaşa demək lazımdır. Hər bir pasiyenti başa salmaq lazımdır ki, sizdən əvvəl onlayn növbələr də var və onlayn növbə mexanizmi qurulduğuna görə bəzi hallarda poliklinikaya daxil olan şəxs sizdən ön sırada xidmət ala biləcək. Yəni əvvəlcədən bunu vətəndaşlara izah etmək lazımdır. Düşünürəm ki, bu mexanizm tədricən gücləndikcə, insanlar bu istiqamətdə maarifləndikcə, onlayn növbə mədəniyyəti genişləndikcə, formalaşdıqca bu problemlər də aradan qalxacaq”-deyə İ.Hüseynli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ