Cümə günü, 06 noyabr 2026
     

ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

Image


Samir Hümbətov: “Bu o deməkdir, böyük ehtimalla Pentaqonun, yaxud Mərkəzi Kəşfiyyat İdarəsinin əlində Rusiyanın bu ərazilərə hücum etməsinə dair informasiyalar var ki, Retkliff səfər edib və rəsmi Moskvanı bundan çəkindirməyə çalışır”

“The Wall Street Journal” xəbər verir ki, təyyarəsi çərşənbə axşamı Vnukovo hava limanına eniş edən və bir neçə saat sonra yola düşən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri Vladimir Putinin gələcək planları ilə bağlı kəşfiyyat məlumatları ilə əlaqələndirilə bilər.

Kəşfiyyat məlumatlarına görə, Rusiya ordusu Kalininqrad vilayətində və digər bölgələrdə səfərbərlik təlimləri keçirərək Müdafiə Nazirliyinin infrastrukturunu yeni əsgərləri qəbul etməyə, onları ərzaq və silahla təmin etməyə hazırlıq baxımından sınaqdan keçirib.

Bundan əlavə, WSJ xəbər verir ki, ABŞ kəşfiyyatı Putinin NATO-nun dayanıqlığını sınamağa cəhd edə biləcəyi barədə məlumat alıb.

Görünür, səfəri zamanı Con Retkliff

Putinlə görüşüb. Kreml müxbirlərinin məlumatına görə, Rusiya prezidenti çərşənbə axşamı üçün planlaşdırılan tədbirləri ləğv edib, baxmayaraq ki, onlar əvvəlcədən hazırlanmış və böyük bir izdihamın cəlb olunması gözlənilirdi.

WSJ-nin məlumatına görə, analitiklər Retkliffin Putinə xəbərdarlıq gətirə biləcəyinə inanırlar. Milli kəşfiyyatın keçmiş direktor müavini Bette Sanner deyir: “Məqsəd “biz nə etdiyinizi bilirik və bunu etməməyiniz daha yaxşıdır demək ola bilərdi”-deyə Sanner əlavə edib: “Bu, həmçinin İranda atəşkəs və danışıqlara başqasının cəlb edilməsi ilə əlaqəli ola bilərdi”.

Ukrayna mediasının verdiyi xəbərlərə görə, Retkliffin səfərinin məqsədi enerji sektorlarına və limanlarına hücumlara qarşı Rusiya-Ukrayna qarşılıqlı moratoriumunu müzakirə etmək ola bilər. Sumı və Xarkov bölgələrində atəşkəs də ümumi deeskalasiyaya doğru addımlar kimi müzakirə edilib.

“iPaper” Ratkliffin səfərini mümkün məhbus mübadiləsi ilə əlaqələndirir. ABŞ hərbi təyyarəsi fevral ayında Rusiyaya eniş etdi, Putin Rusiyada narkotik qaçaqmalçılığında ittiham olunan 63 yaşlı məktəb müəllimi Mark Fogeli azad etməyə razılıq verdi. Fogelin mübadilə tərəfdaşının kimliyi hələ də məlum deyil. Əvvəllər, Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Tramp administrasiyası “Wall Street Journal-ın jurnalisti Evan Herşkovitz və dəniz piyadası Pol Uilanın azadlığa buraxılmasını təmin etmişdi. Hər ikisi casusluqda ittiham olunmuşdu.

"Kommersant" qəzetinin Flightradar məlumatlarına istinadən verdiyi məlumata görə, Retkliffin təyyarəsi Vnukovodan təxminən Moskva vaxtı ilə saat 18:50-də Latviyaya doğru yola düşüb. Onun ardınca Rusiyanın yüksək vəzifəli məmurlarını daşımaq üçün istifadə edilən "Rossiya" bölməsinə məxsus xüsusi təyinatlı təyyarə gəlib.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov baki-xeber.com-a bildirdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffinin Moskvaya birbaşa qəfil baş tutan səfəri bir neçə istiqamət üzrə dəyərləndirilə bilər. “Birincisi, artıq neçə gündür ki, Rusiya mediası, əsasən də xarici media Rusiyada səfərbərliyin olacağını yazır. Hətta bundan sonra rusiyalı gənclərin ölkədən kütləvi şəkildə Gürcüstan, Qazaxıstan və digər ölkələr istiqamətində çıxmağa başladıları barədə də məlumatlar yayılmaqdadır. Səfərbərliyə gəlincə, burada genişmiqyaslı səfərbərlikdən söhbət gedir. Yəni 100-200 mindən yox, 1 milyon üzərində insanı əhatə edən səfərbərlikdən danışılır. Çox ehtimal ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun bu qəfil səfərinin arxasında da məhz səfərbərlik məsələsi dayanır. Əgər səfərbərlik olursa demək səfərbərliyin arxasında çox ehtimal ki, Rusiyanın Ukrayna ilə paralel olaraq həm də Baltikyanı ölkələrə hücumu məsələsi də dayanır. Çünki Kalinqrad ərazisində artıq Rusiya raket, PUA sistemlərini yerləşdirilməyə, ərzaq depolarını möhkəmləndirməyə çalışır. Bununla bağlı informasiyalar getməkdədir. Eyni zaman Polşa hazırda Suvalki dənizi ətrafına qoşun yığır. Artıq NATO qırıcıları Rusiya ilə sərhəddə manevr etməyə, nəzarət funksiyası keçməyə başlayıb. Bu o deməkdir, böyük ehtimalla Pentaqonun, yaxud Mərkəzi Kəşfiyyat İdarəsinin əlində Rusiyanın bu ərazilərə hücum etməsinə dair informasiyalar var ki, Retkliff səfər edib və rəsmi Moskvanı bundan çəkindirməyə çalışır”.

S.Hümbətov qeyd etdi ki, çünki sonuncu dəfə belə bir səfər 2021-ci ildə, Ukrayna müharibəsindən təxminən 5 ay əvvəl baş tutub. “O dövrdə də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun əsas məqsədi Rusiyanı bu hücumdan çəkindirmək idi. Çəkindirə bilmədi. Burada da 3 saatdan artıq keçirilib. Hesab edirəm ki, bu birbaşa o məsələ ilə bağlıdır. Yəni Avropada yeni müharibə, yeni ekskalasiya təhdidi var. Görününür ki, Rusiya bu strategiyaya gedir. “Əgər müharibədə qalib gələ bilmirəmsə müharibənin miqyasını genişləndirim və Avropaya da müdaxilə edim”. Yəni Rusiyanın yeni strategiyasında böyük ehtimal ki, Baltikyanı ölkələrə hücum etməklə bir növ onları ələ keçirmək və ondan sonra artıq Qərb ölkələri, Avropa İttifaqı və ABŞ-la Ukrayana məsələsində bazarlıq etmək var. Çünki bu gün Duqinin bir açıqlaması var. O, deyir ki, Ukraynanı bizə versinlər, biz də sakitləşək. Yəni bu o deməkdir ki, Duqin açıq şəkildə Putinin, Rusiyanın fikrini irəli sürür. Məqsəd də odur ki, Rusiya bazarlığa getsin. Yəni Ukrayana müharibəsini belə qazana bilmirsə ən azı zəif nöqtələr hansı ölkələrdirsə onları işğal etməklə bazarlığı daha rahat həyata keçirsin. Yəni bu strategiyaya keçid etdiyini göstərir. Amma buna indi ABŞ, yaxud Avropa ölkələri hansı reaksiyanı verəcək onu zaman göstərəcək. Ancaq hər vəziyyətdə Rusiyaya bu qədər şans verəcəklərini düşünmürəm”-deyə S.Hümbətov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ