Rusiyanın Kiyevə verilən silah və kəşfiyyat dəstəyi səbəbindən Ukraynanın artan hücumlarını "NATO üzv dövlətlərinin hücumları" kimi qiymətləndirdiyi və Ukraynaya hücumlarını gücləndirərək taktiki nüvə silahlarından istifadə edəcəyi iddia edilir.
Bloomberg-in Kremlə yaxın üç mənbəyə istinadən verdiyi məlumata görə, artan hücumlar spiralı getdikcə daha çox Rusiya rəsmisini və (Rusiya Prezidenti Vladimir) Putini Ukraynada son çarə olaraq taktiki nüvə silahlarından istifadə edə biləcəkləri qənaətinə gəlməyə vadar edir.
Münaqişənin hazırkı mərhələsinin hərbi eskalasiyanın zirvəsi olmadığını qeyd edən mənbələr, Rusiyanın sülh danışıqlarının çıxılmaz vəziyyətə düşdüyünü anladıqdan sonra Ukraynaya hücumlarını artırmağa hazırlaşdığını bildirirlər.
Mənbələrə görə, Moskva Kiyevə və Ukraynanın digər şəhərlərindəki infrastruktur hədəflərinə güclü ənənəvi ballistik raket hücumlarını gücləndirməyi düşünür. Bildirilir ki, ABŞ-ın müharibəni dayandırmaq səyləri uğursuz olub və danışıqlar Prezident Donald Trampın İranla münaqişəyə diqqət yetirməsi səbəbindən faktiki olaraq dalana dirənib.
Rusiya və Ukrayna son aylarda bir-birinin ərazilərinə hava hücumlarını artırıblar. Ukrayna neft emalı zavodlarını və böyük elektron ticarət şirkətlərinin anbarlarını hədəf alaraq Rusiyadakı logistika şəbəkələrinə milyardlarla dollar ziyan vurub və bu da ölkədə geniş yayılmış yanacaq çatışmazlığına səbəb olmub.
Tahir TAĞIYEV