Nepalın və Çinin Tibet bölgəsinin vadilərini viran qoyan sel və palçıq axınlarından sonra 1300-dən çox insan itkin düşmüş hesab olunur. Nepalda ən azı 162, Çində isə üç nəfər həlak olub.
Yerli medianın verdiyi məlumata görə, Nepalda güclü yağışların yaratdığı dağıdıcı daşqınlardan sonra bəzi ərazidə 165 cəsəd tapılıb.
Axtarış qrupları itkin düşmüş 826 nəfərin tapılması üçün aktiv əməliyyatları davam etdirir. Bundan əlavə, 466 xarici vətəndaş da daxil olmaqla 579 turistlə əlaqə kəsilib.
Tahir TAĞIYEV