"Forbes" jurnalı Rusiyanın ən varlı qadınlarının 2026-cı il üçün reytinqini dərc edib. Siyahıya "Wildberries" şirkətinin baş direktoru Tatyana Kim başçılıq edir.
Tatyana Kim Rusiyanın ən varlı iş qadınları siyahısına beşinci dəfədir ki, başçılıq edir. O, siyahıya 2021, 2023, 2024 və 2025-ci illərdə başçılıq edib.
Jurnalın məlumatına görə, Wildberries onlayn mağazasının qurucusunun sərvəti bu il 7,1 milyard dollardan 5 milyard dollara düşüb.
Rusiyanın ən varlı 10 qadını aşağıdakılardır:
Yelena Baturina - 1,3 milyard dollar, Inteco Management şirkətinin prezidenti, investisiyalar;
Lyudmila Koqan - 1,25 milyard dollar, BFA Development şirkətinin baş direktoru (Uralsib Bank, investisiyalar);
Ekaterina Fedun - 1 milyard dollar, özəl investor (Lukoil dividendləri);
Tatyana Volodina - 950 milyon dollar, Letual (Alcor and Co., dividendlər) Strateji Şurasının sədri;
Viktoriya Mihelson - 850 milyon dollar, özəl investor (Novatek);
Evgeniya Quryeva - 800 milyon dollar, özəl investor (PhosAgro dividendləri);
Svetlana Rıbalçenko – 800 milyon dollar, özəl investor
Lidiya Sulteeva - 800 milyon dollar, özəl investor ("Vulkan" HC);
Svetlana Demidova - 750 milyon dollar, Dominant şirkətlər qrupunun vitse-prezidenti (dividendlər).
Ötən il Tatyana Kim dünyanın ən varlı öz xeyrinə çalışan qadınları siyahısına daxil olaraq 18-ci yeri tutmuşdu.
İyulun 18-nə keçən gecə Ukraynaya məxsus dronlar Rusiyanın Tambov bölgəsində və Moskva vilayətində yerləşən Wildberries bazarının iki əsas logistika mərkəzinə hücum edib. Bu tarixdən başlayaraq şirkətin bir çox şəhərlərdə yerləşən obyektlərinə davamlı olaraq hücum edilir.
Bu hadisələrdən sonra Wildberries bazarının anbar obyektlərinin Qazaxıstana köçürüləcəyi ilə bağlı xəbərlər yayılıb.
Tahir TAĞIYEV