Ermənistanın ikinci prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədəErmənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohanjanyan bildirib.
Qeyd edək ki, Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvətxorluq ittihamları irəli sürülüb.
Baş nazir Nikol Paşinyan hüquq-mühafizə orqanlarına Robert Köçəryanın və üçüncü prezident Serj Sarkisyanın əmlakını müsadirə etməyi tapşırıb.
Tahir TAĞIYEV