İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, İranın icazəsi olmadan Hörmüz boğazından keçməyə çalışan iki tanker minaya düşüb və nəticədə gəmilərdə yanğın baş verib.
"Bir neçə saat əvvəl ABŞ ordusunun təhriki ilə heyətlərini gəmidən endirən və qanunsuz marşrutdan keçmək üçün Amerika agentlərinə təhvil verilən iki tanker Hörmüz boğazında minaya toxunaraq partlayıb. Partlayışdan sonra gəmilər alov alıb", - deyə açıqlamada bildirilir.
SEPAH vurğulayıb ki, ABŞ-ın İranın cənubuna son hücumları İslam Respublikasının Hörmüz boğazı üzərindəki nəzarətini heç bir şəkildə zəiflətməyəcək.
Tahir TAĞIYEV