Cümə axşamı günü, 22 oktyabr 2026
     

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

Image


Fikir, söz və məlumat azadlığı dövrümüzdə demokratik cəmiyyətin getdikcə daha güclü dayaqlarından birinə çevrilir. Vətəndaşların öz düşüncələrini sərbəst ifadə etməsi, müxtəlif mövqelərin ictimai müzakirəyə çıxarılması və insanların doğru və operativ informasiya əldə edə bilməsi əvvəlki kimi hüquqi dövlət quruculuğunun mühüm şərtləri hesab olunur.

Azərbaycanda da bu fonda son illərdə media və informasiya sahəsinin hüquqi və institusional bazasının yenilənməsi, jurnalist fəaliyyətinin dəstəklənməsi və informasiya mühitinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar plüralizmin inkişaf etdirilməsinə müstəsna töhfələr verib. Eyni zamanda bu müstəvidə beynəlxalq əlaqələrin inkişafı da prosesdə öz rolunu oynayır. Konkret nümunə kimi Azərbaycan-Özbəkistan timsalında qeyd edilənlərin nümunəsini görmək mümkündür.

Azərbaycan və Özbəkistan arasında media və QHT Əməkdaşlıq Forumları uğurlu nəticələr verir...

Müasir dövrdə plüralizmin inkişafı yalnız ölkə daxilində həyata keçirilən hüquqi və siyasi islahatlardan deyil, həm də media qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq əməkdaşlığından asılıdır. Azərbaycan mediasının və qeyri-hökumət təşkilatlarının (QHT) xarici tərəfdaşlarla əlaqələri yeni peşəkar təcrübələrin öyrənilməsi, informasiya mübadiləsinin genişləndirilməsi, insan hüquqları və ifadə azadlığı standartlarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu fonda seçilən tərəflərdən biri də Özbəkistandır.

Məsələ ilə bağlı prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində sözügedən istiqamətdə də ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirib. Dövlət başıçıs qeyd edib ki, ölkələrimiz arasında media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb: “2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək”. Bu cür mübadilə plüralizm üçün əhəmiyyətlidir, çünki media, QHT və siyasi fəaliyyətə dair qanunların hazırlanması zamanı müxtəlif beynəlxalq təcrübələrin nəzərə alınmasına imkan verir. Eyni zamanda, beynəlxalq ekspertlərin rəyləri mövcud qanunvericiliyin demokratik standartlarla müqayisəsinə şərait yaradır. Beynəlxalq media əlaqələrinin digər mühüm nəticəsi informasiya müxtəlifliyinin artmasıdır. Azərbaycan jurnalistlərinin xarici media qurumları, beynəlxalq jurnalist təşkilatları və peşəkar şəbəkələrlə əlaqələri ölkədə və dünyada baş verən proseslərə fərqli yanaşmaların öyrənilməsinə imkan verir. Xarici jurnalistlərin Azərbaycanla bağlı fəaliyyət göstərməsi isə ölkənin beynəlxalq informasiya məkanında daha geniş təqdim olunmasına şərait yaradır. Bu proses qarşılıqlı xarakter daşıdıqda həm Azərbaycan haqqında obyektiv məlumatların xaricdə yayılması, həm də Azərbaycan mediasının beynəlxalq media standartlarından faydalanması mümkündür. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq yalnız müsbət təcrübələrin öyrənilməsi deyil, mövcud problemlərin müəyyənləşdirilməsi üçün müstəqil qiymətləndirmə mexanizmi də yaradır. Bu fakt beynəlxalq əməkdaşlığın digər mühüm tərəfini göstərir: beynəlxalq əlaqələr yalnız təcrübə və maliyyə mübadiləsi deyil, həm də hesabatlılıq və ictimai nəzarət vasitəsidir. Beynəlxalq təşkilatların qiymətləndirmələri dövlət qurumlarının, media strukturlarının və QHT-lərin fəaliyyətində problemlərin müəyyənləşdirilməsinə və onların aradan qaldırılması istiqamətində tövsiyələrin hazırlanmasına imkan verir. Azərbaycan media qurumlarının beynəlxalq jurnalist şəbəkələrində daha fəal iştirak etməsi, QHT-lərin xarici tərəfdaşlarla birgə layihələrinin artırılması, beynəlxalq ekspertlərin tövsiyələrinin qanunvericilik və praktikada nəzərə alınması plüralizmin inkişafına müsbət təsir göstərir. Ümumiyyətlə, Azərbaycanın media və QHT-lərinin beynəlxalq əməkdaşlığı plüralizmin tərəqqisi üçün üç əsas istiqamətdə mühüm rol oynayır: peşəkar bilik və təcrübənin ölkəyə gətirilməsi, müxtəlif fikir və mövqelərin ictimai dövriyyəyə daxil edilməsi, həmçinin media və vətəndaş cəmiyyətinin fəaliyyətinin beynəlxalq standartlarla müqayisə edilməsi. Bu fonda beynəlxalq əməkdaşlıq Azərbaycanda fikir müxtəlifliyinin, informasiya azadlığının, vətəndaş iştirakçılığının və nəticə etibarilə demokratik plüralizmin inkişafına əhəmiyyətli töhfə verir.

Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətləri media əməkdaşlığı ilə daha da möhkəmlənir…

Təhlillər göstərir ki, Azərbaycanın beynəlxalq əlaqələri plüralizmin inkişafına həm birbaşa, həm də dolayı təsir göstərir. Birbaşa təsir beynəlxalq layihələr, jurnalist təlimləri, QHT proqramları, ekspert rəyləri və institusional əməkdaşlıq vasitəsilə meydana çıxır. Dolayı təsir isə Azərbaycan cəmiyyətinin beynəlxalq informasiya məkanına daha çox inteqrasiya olunması, fərqli təcrübələrlə tanışlıq və ictimai müzakirələrin genişlənməsi ilə bağlıdır.

Plüralizmin davamlı inkişafı üçün qarşıdakı mərhələdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan media qurumlarının beynəlxalq peşəkar şəbəkələrdə iştirakı, QHT-lərin xarici tərəfdaşlarla şəffaf əməkdaşlığı, jurnalistlərin beynəlxalq təlim və mübadilə proqramlarına çıxışının artırılması, beynəlxalq ekspert tövsiyələrinin milli qanunvericilikdə və praktikada nəzərə alınması bu istiqamətdə müsbət nəticələr verir. Əyani nümunə qismində yenə Özbəkistanın adı qeyd oluna bilər. Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arif bildirir ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri bu gün media sahəsində əməkdaşlıqla daha da möhkəmlənir: “Azərbaycan və Özbəkistan münasibətləri hazırda yüksək səviyyədə inkişaf edir. Bu inkişaf dinamikası çox müsbətdir. Ölkələrimizin dövlət başçıları arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar münasibətlərimizin bütün sahələrdə, o cümlədən media istiqamətində daha da genişlənməsinə şərait yaradır. İki ölkənin media qurumları və jurnalistləri arasında əlaqələrin genişləndirilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin ictimaiyyətə daha dolğun çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan və Özbəkistan jurnalistləri arasında qarşılıqlı səfərlər, media turları və müxtəlif peşəkar tədbirlər təşkil olunur. Bu təşəbbüslər jurnalistlərin bir-birini daha yaxından tanımasına, ölkələr haqqında obyektiv və dolğun məlumatların hazırlanmasına imkan verir. Biz istəyirik ki, Azərbaycan və Özbəkistan jurnalistləri arasında bu cür qarşılıqlı səfərlər və media turları davamlı olsun. Özbəkistan jurnalistlərinin Azərbaycana, Azərbaycan jurnalistlərinin isə Özbəkistana səfərlərinin artması xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edir”. O vurğulayır ki,

media əməkdaşlığı yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda iki xalqın ortaq tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır: “Xalqlarımızın tarixi və mədəniyyəti bir-birinə çox yaxındır. Media bu yaxınlığın daha geniş şəkildə tanıdılmasında mühüm rol oynayır. Jurnalistlər arasında əlaqələrin güclənməsi, qarşılıqlı səfərlərin və birgə layihələrin artması xalqlarımız arasındakı dostluq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir”. Ölkəmzi digər tərəfdaşlarla da bu istiqamətdə əməkdaşlığı uğurla inkiaşf etdirir. Bunlar bir daha təsdiq edir ki, Azərbaycanda plüralizmin inkişafı beynəlxalq əlaqələrin genişlənməsi ilə dinamik xarakter daşıyan çoxşaxəli prosesdir. Müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq, media peşəkarlığının artırılması, qanunvericiliyin beynəlxalq standartlarla müqayisəsi, QHT-lərin təcrübə mübadiləsi və beynəlxalq monitorinq mexanizmləri bu dinamikanın əsas elementləridir. Bununla yanaşı, beynəlxalq təşkilatların son qiymətləndirmələri göstərir ki, beynəlxalq əməkdaşlığın plüralizmə təsirinin daha da güclənməsi üçün hüquqi və praktiki mexanizmlərin təkmilləşdirilməsi daimi xaraker daşımaıdır. Buna görə beynəlxalq əlaqələr yalnız xarici siyasət və diplomatik münasibətlər vasitəsi deyil, həm də fikir müxtəlifliyinin, media azadlığının, vətəndaş cəmiyyətinin və demokratik iştirakçılığın inkişafına xidmət edən mühüm amil kimi nəzərdən keçirilir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ