Sentyabrın 2-si gecəsi Moskvanın üç ən böyük hava limanı - Şeremetyevo, Domodedovo və Vnukovo - son altı həftənin uçuş cədvəllərində ən böyük məhdudiyyətlərlə qarşılaşıb. Problem dron hücumu və Ukrayna Prezidenti Zelenskinin paytaxt üzərindəki hava məkanını bağlamaq təhdidi ilə əlaqədar yaranıb.
Şəhər meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri gecə Moskvaya doğru uçan 12 Ukrayna dronunu vurub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 2-si gecəsi ölkənin 11 bölgəsində 130 Ukrayna dronu məhv edilib.
Məluçata görə, cədvəldəki dəyişikliklər 77 reysə təsir edib: Şeremetyevoya 40, Domodedovoya 20 və Vnukovoya 17. Domodedovoda Antalyadan uçuş növbəti günə təxirə salınıb və nəticədə doqquz saatdan çox gecikmə olub. Şeremetyevoda Soçiyə uçuş təxminən altı saat gecikib. Vnukovoda Soçi və Şarm əl-Şeyxə uçuşlar altı saat gecikib.
Bundan əlavə, uçuş cədvəlinə əsasən, gecə və bu səhər Türk Hava Yollarının İstanbula ən azı iki reysi, Şarm əl-Şeyxə Nesma Hava Yollarının bir reysi və İrəvana Şirak Avia reysi də ləğv edilib.
Məlumata görə, Zelenskinin xəbərdarlığından sonra Türkiyənin ən böyük özəl aviaşirkəti olan "Pegasus" 2 sentyabr gecəsi Moskvaya gedən bir neçə təyyarəni geri qaytarıb. Xüsusilə, PC1456 Bodrum-Moskva, PC1521 İzmir-Moskva və PC1576 Antalya-Moskva təyyarələri hava limanlarına qaytarılıb. Həmin səhər aviaşirkət İstanbuldan Moskva və Sankt-Peterburqa, eləcə də Antalya, İzmir və Dalamandan Rusiya şəhərlərinə bir neçə onlarla uçuşu ləğv edib. Rusiyadan geri dönüş reysləri də ləğv edilib.
“Pegasus” nümayəndəsi ləğv edilmiş reyslərdən birində sərnişinlərə "Türkiyə tərəfinin uçuşları qadağan etdiyini" və bundan sonra nə olacağını bilmədiyini deyuib. Rusiyadakı “Pegasus” bilet kassaları aviaşirkətin təyyarələrinin Moskvaya uçub-uçmayacağını "bilmədiklərini" və qarşıdakı reyslər barədə məlumat verə bilmədiklərini bildiriblər.
Qeyd edək ki, bir gün əvvəl Vladimir Zelenski aviaşirkətlərə xəbərdarlıq edib ki, Rusiya səması "təhlükəli hala gəlir", "Rusiya səmasında dronlar nəzərə alınmalıdır". O, axşamkı çıxışında deyib: "Tərəfdaşlarımızı xəbərdar edirik: Rusiya səmasında təhlükəsiz dövrlər bitdi".
Tahir TAĞIYEV