çərşənbə axşamı günü, 08 sentyabr 2026
     

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Image


Məhəmməd Əsədullazadə: "Rusiya üçün məsələ təkcə 400 milyon dollar deyil, söhbət regionda nəqliyyat təsirinin bir hissəsinin itirilməsindən gedir"

Ermənistan Baş naziri Nikol Paşinyanın hökumət iclasında Rusiyanın nəzarətində olan Ermənistan dəmir yolunun konsessiya hüququnun təxminən 400 milyon dollara alınması ilə bağlı səsləndirdiyi fikir ilk baxışda maliyyə sövdələşməsi təsiri bağışlasa da, əslində məsələ bundan xeyli genişdir. Burada söhbət yalnız dəmir yolunun idarəçiliyinin bir şirkətdən digərinə keçməsindən deyil, Ermənistanın gələcəkdə hansı nəqliyyat və geosiyasi sistemə inteqrasiya olunacağından gedir.

Ermənistan dəmir yollarının idarə olunması 2008-ci ildən Rusiya Dəmir Yollarının törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolları”nın nəzarətindədir. Konsessiya müqaviləsinin 2038-ci ilə qədər qüvvədə olması Rusiyaya Ermənistanın dəmir yolu sistemində uzunmüddətli institusional mövqe qazandırıb. Buna görə də konsessiyanın vaxtından əvvəl dəyişdirilməsi sıradan kommersiya qərarı sayıla bilməz. Bu, Ermənistanın Rusiya ilə iqtisadi və infrastruktur əlaqələrindən tədricən uzaqlaşması siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Paşinyanın "400 milyon dollara satsınlar, biz alaq" məzmunlu yanaşmasının əsas məntiqi də burada ortaya çıxır. Ermənistan üçün məsələ Rusiyaya məxsus aktivin alınmasından daha çox, həmin aktiv üzərində suveren idarəetmənin bərpasıdır. Yəni İrəvan dəmir yoluna sadəcə gəlir gətirən infrastruktur kimi yox, ölkənin gələcək regional bağlantılarının əsas alətlərindən biri kimi baxır.

Lakin Rusiyanın buna razı olub-olmayacağı ən mühüm suallardan biridir.

Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Ermənistan dəmir yolu konsessiyasına münasibətini yalnız 400 milyon dollarla ölçmək düzgün deyil.

Onun sözlərinə görə, Ermənistan dəmir yolu Rusiya üçün yalnız kommersiya aktivi deyil, həm də strateji əhəmiyyət daşıyan nəqliyyat infrastrukturudur. Bu dəmir yolu Ermənistanın İran, Gürcüstan və gələcəkdə Azərbaycan və Türkiyə ilə əlaqələrinin formalaşmasında mühüm rol oynayacaq.

"Buna görə konsessiyanın itirilməsi Rusiyanın təkcə bir kommersiya aktivindən deyil, regiondakı nəqliyyat təsirinin bir hissəsindən məhrum olması deməkdir", – deyə politoloq qeyd edib.

M.Əsədullazadə hesab edir ki, Rusiya konsessiya müqaviləsi çərçivəsində həyata keçirdiyi investisiyaları əsas gətirərək kompensasiya tələb edə bilər. Bu baxımdan 400 milyon dolların "satış qiyməti" kimi təqdim edilməsi müəyyən mənada şərti xarakter daşıyır.

Onun sözlərinə görə, konsessiyanın vaxtından əvvəl dayandırılması gündəmə gələcəyi təqdirdə, tərəflər arasında investisiyaların, müqavilə öhdəliklərinin, mümkün itkilərin və gələcək gəlirlərin necə hesablanacağı ayrıca mübahisə mövzusuna çevrilə bilər.

Politoloq vurğulayıb ki, burada daha maraqlı məsələ 400 milyon dolların Ermənistan üçün xərc, yoxsa investisiya olmasıdır.

"Əgər Ermənistanın dəmir yolu şəbəkəsi indiki yük və sərnişin dövriyyəsi ilə qiymətləndirilirsə, bu məbləğin iqtisadi əsaslandırılması suallar doğura bilər. Amma gələcək tranzit imkanları nəzərə alınarsa, mənzərə tamamilə dəyişir", – deyə o bildirib.

M.Əsədullazadənin fikrincə, Ermənistanın coğrafi mövqeyi uzun müddət həm üstünlük, həm də problem olub. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması ölkənin regional nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilməsinə mane olub.

Əgər Azərbaycanla kommunikasiyalar bərpa olunarsa və Türkiyə istiqamətində dəmir yolu əlaqəsi açılarsa, Ermənistanın dəmir yolu şəbəkəsinin iqtisadi dəyəri əhəmiyyətli dərəcədə arta bilər. Bu halda ölkədə mövcud olan nisbətən məhdud yük və sərnişin axınlarının yerini regional tranzit daşımaları tuta bilər.

Politoloq xüsusilə Naxçıvan istiqamətində dəmir yolu bağlantısının bərpasının Ermənistanın cənubundakı infrastrukturun strateji əhəmiyyətini artıracağını düşünür.

"Belə bir bağlantı yalnız Azərbaycan və Naxçıvan arasında nəqliyyat xətti olmayacaq. Daha geniş perspektivdə Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan və İran arasında alternativ marşrutların formalaşmasına imkan verəcək", – deyə M.Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Ermənistan dəmir yolunun gələcək kommersiya dəyərini yalnız hazırkı gəlirlər əsasında hesablamaq düzgün olmaz. İnfrastrukturun qiyməti gələcək tranzit gəlirlərindən, yük həcmlərindən, beynəlxalq dəhlizlərə çıxışdan və siyasi risklərin azalmasından da asılıdır.

M.Əsədullazadə hesab edir ki, ABŞ-ın dəstəklədiyi TRIPP layihəsi də bu məsələyə yeni ölçü əlavə edir. Ermənistan ərazisindən keçməklə Azərbaycan və Naxçıvan arasında bağlantının yaradılması və bunun daha geniş Orta Dəhliz şəbəkəsinə inteqrasiyası Ermənistanı regional logistika sistemində yeni mövqeyə çıxara bilər.

"Əgər bu proses reallaşarsa, Ermənistan dəmir yolu əvvəlki kimi əsasən daxili və Rusiya yönümlü nəqliyyat sistemi deyil, Şərq-Qərb istiqamətində tranzit şəbəkəsinin elementinə çevriləcək", – politoloq deyib.

Onun fikrincə, bu dəyişiklik Rusiyanın Cənubi Qafqazdakı iqtisadi təsir imkanlarına da birbaşa təsir göstərəcək. Çünki nəqliyyat infrastrukturu regionda həmişə iqtisadi layihədən daha artıq məna daşıyıb.

"Kim dəmir yollarını, limanları, magistralları və logistika qovşaqlarını idarə edirsə, müəyyən mənada regiondakı iqtisadi əlaqələrin istiqamətinə də təsir göstərə bilir", – deyə politoloq vurğulayıb.

M.Əsədullazadə bildirib ki, Rusiya Ermənistan dəmir yolundakı mövqeyini itirərsə, Moskvanın Cənubi Qafqazda iqtisadi təsir imkanlarından biri zəifləyəcək. Əgər bunun ardınca Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə nəqliyyat əlaqələri də açılarsa, dəyişiklik daha böyük miqyas alacaq.

Bu halda Ermənistanın nəqliyyat sistemi Rusiyanın dominant olduğu şəbəkədən tədricən Qərb, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələnən çoxşaxəli sistemə keçə bilər.

Lakin politoloq hesab edir ki, Ermənistanın Rusiyadan uzaqlaşması avtomatik olaraq Qərbin və ya Azərbaycanın nəqliyyat sisteminə tam inteqrasiya demək deyil.

Bunun üçün ciddi infrastruktur investisiyaları, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, tariflərin uyğunlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, təhlükəsizlik mexanizmlərinin yaradılması və siyasi razılaşmalar tələb olunur.

"Dəmir yolunun sahibini dəyişmək hələ avtomatik olaraq yük axınlarını yaratmır", – M.Əsədullazadə bildirib.

Onun sözlərinə görə, konsessiya Rusiyanın əlindən çıxdıqdan sonra belə Ermənistanın qarşısında ciddi iqtisadi məsələlər qalacaq. Dəmir yolunun modernləşdirilməsi, lokomotiv və vaqon parkının yenilənməsi, elektrikləşdirmə, siqnalizasiya sistemlərinin təkmilləşdirilməsi, sərhəd infrastrukturunun yenilənməsi və yeni tranzit terminallarının yaradılması böyük vəsait tələb edir.

"Deməli, 400 milyon dollar yalnız başlanğıc xərci ola bilər; əsl strateji layihənin ümumi maliyyə yükü bundan dəfələrlə yüksək ola bilər", – deyə politoloq qeyd edib.

M.Əsədullazadə əlavə edib ki, Rusiya üçün də konsessiyanın saxlanılması əvvəlki qədər rahat olmayacaq. Sanksiyalar və Rusiyanın beynəlxalq maliyyə-logistika sistemindən müəyyən dərəcədə təcrid olunması Ermənistan dəmir yolu üzərindən beynəlxalq yük daşımalarının inkişafına əlavə məhdudiyyətlər yarada bilər.

Politoloqun fikrincə, Ermənistanın konsessiyanı dəyişdirmək istəyinin iqtisadi əsaslarından biri də budur. Lakin Rusiyanın razılığı məsələsində siyasi faktor həlledici olaraq qalır. Moskva konsessiyanı yalnız aktivin bazar qiyməti kimi deyil, Ermənistanla münasibətlərdə malik olduğu uzunmüddətli təsir vasitələrindən biri kimi qiymətləndirə bilər.

"Bu səbəbdən ‘Rusiya 400 milyon dolları alıb konsessiyanı verərmi?’ sualının cavabı yalnız maliyyə hesablamasından asılı deyil. Əgər Moskva bunun müqabilində investisiyalarının və hüquqlarının tam kompensasiya olunacağına, müqavilənin hüquqi şəkildə bağlanacağına və müəyyən iqtisadi maraqlarının qorunacağına əmin olsa, razılaşma nəzəri olaraq mümkündür. Amma Rusiya bunu Cənubi Qafqazdakı nəqliyyat və geosiyasi mövqeyinin zəifləməsi kimi qiymətləndirərsə, daha sərt mövqe nümayiş etdirə bilər", – deyə M.Əsədullazadə bildirib.

Politoloq Azərbaycanın maraqlarının da bu prosesdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Ermənistan dəmir yolunun yeni idarəetmə modelinə keçməsi Azərbaycanla nəqliyyat əlaqələrinin açılması perspektivi ilə paralel gedərsə, bu, regionda yeni tranzit xəritəsinin formalaşmasını sürətləndirə bilər.

Onun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ Ermənistan dəmir yolunun kimə məxsus olmasından çox, kommunikasiyaların açılması, təhlükəsiz və səmərəli tranzitin təmin edilməsi və Naxçıvanla əlaqənin bərpasıdır.

Türkiyə üçün də prosesin mühüm əhəmiyyət daşıdığını deyən M.Əsədullazadə bildirib ki, Ermənistan-Türkiyə sərhədinin və dəmir yolu bağlantılarının bərpası Türkiyənin Qafqaz və Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirə bilər.

"Beləliklə, Ermənistanın dəmir yolu sisteminin Rusiyadan ayrılması təkcə Ermənistanın daxili nəqliyyat siyasəti deyil, Türkiyənin Şərqə çıxış strategiyası və Azərbaycanın Orta Dəhliz siyasəti ilə də əlaqələnir”, – deyə o vurğulayıb.

Politoloq hesab edir ki, proses uğurlu alınarsa, Cənubi Qafqazda nəqliyyatın geosiyasi çəkisi daha da artacaq. Yeni model Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Mərkəzi Asiya arasında alternativ bağlantıların güclənməsinə səbəb ola bilər.

Lakin Ermənistan üçün əsas risk yeni nəqliyyat sisteminin gözlənilən iqtisadi gəlirliliyi təmin etməməsidir. Əgər Azərbaycan və Türkiyə ilə əlaqələr gözlənilən sürətlə açılmazsa, Ermənistan Rusiyanın təmin etdiyi əvvəlki iqtisadi modeldən uzaqlaşaraq əvəzində kifayət qədər tranzit gəlirləri əldə edə bilməyən vəziyyətə düşə bilər.

"Məhz buna görə 400 milyon dollar məsələsinə yalnız ‘ucuzdur’ və ya ‘bahadır’ prizmasından baxmaq düzgün deyil. Əsas sual bu investisiyanın Ermənistanı hansı gəlir gətirən nəqliyyat şəbəkəsinə çıxaracağıdır. Əgər dəmir yolu Azərbaycan, Naxçıvan, Türkiyə və Orta Dəhlizlə effektiv şəkildə birləşərsə, 400 milyon dollar uzunmüddətli strateji investisiya kimi görünə bilər. Əgər siyasi və logistika problemləri həll olunmazsa, həmin məbləğ Ermənistan üçün böyük maliyyə yükünə çevrilə bilər", – politoloq bildirib.

M.Əsədullazadənin sözlərinə görə, Paşinyanın təklifi əslində yalnız dəmir yolu konsessiyasının satın alınması deyil, daha böyük siyasi mesajdır. Ermənistan Rusiyanın nəzarətində olan strateji infrastrukturu öz idarəçiliyinə qaytarmaq və onu yeni regional nəqliyyat modelinin tərkib hissəsinə çevirmək istəyir.

"Rusiya üçün isə məsələ təkcə 400 milyon dollar deyil, söhbət regionda uzun illər formalaşdırdığı iqtisadi və nəqliyyat təsir mexanizmlərindən birinin itirilməsindən gedir", – deyə politoloq fikrini yekunlaşdırıb.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

08.09.2026 / 13:43
Ələmdar Quluzadının yaradıcılğında şedevr...

08.09.2026 / 13:12
ABŞ İran ətrafında 300-dən çox qırıcı yerləşdirib…

08.09.2026 / 12:51
İnvestisiya Holdinqin Baş icraçı direktoru vəzifəsindən azad edildi

08.09.2026 / 12:37
Daşqınlar zamanı bəzi təmiz ərazilər yenidən minalarla çirklənir...

08.09.2026 / 12:24
Ruslar Xarkov bölgəsində iki kəndi ələ keçirdi…

08.09.2026 / 12:07
İran ABŞ-ı Hörmüz boğazını tam blokadaya almaqla hədələdi...

08.09.2026 / 12:03
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik etdi

08.09.2026 / 11:51
Səudiyyədə gərginlik artır - Husilər enerji obyektlərini bombaladı…

08.09.2026 / 11:02
"Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq" - Muxtar Babayev

08.09.2026 / 10:43
BMT nümayəndəsi xəbərdarlıq etdi - Xəzərdə dramatik dəyişikliklər baş verə bilər...

08.09.2026 / 10:33
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

08.09.2026 / 09:37
Balakəndə saxlanan şəxsdən külli miqdarda narkotik aşkarlandı

08.09.2026 / 09:18
Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs yaxalandı

08.09.2026 / 08:03
Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı Amerika bayrağının rənglərinə boyadı

08.09.2026 / 07:45
ABŞ COVİD-19-un yaranmasında mərkəzi rol oynayıb - İlon Mask

07.09.2026 / 22:28
Trampın elçisi Uitkoff 8-ci dəfə Putinin ayağına gəldi - sülh perspektivi hələ görünmür...

07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...

07.09.2026 / 22:01
İran yenə “Tramp yolu”na ilişdi - ya erməni silahlı qüvvələri qorusun, ya da…

07.09.2026 / 21:54
Putin və Paşinyan Moskvada Ermənistanda referendum keçirilməsini müzakirə edəcəklər...

07.09.2026 / 21:46
İran qadınları ABŞ-ın toyda öldürdüyü şəxsləri qəribə geyimdə dəfn edir...

07.09.2026 / 21:40
Medvedyev Fon der Leyeni “başdanxarab ginekoloq” adlandırdı - almanlar onun yumor hissini bəyəndi…

07.09.2026 / 21:30
Zelenski Rusiyanın hava limanları ilə bağlı yeni strategiyanı işə saldı...

07.09.2026 / 21:17
Trampın sülh missiyası alınmır - ABŞ elçilərinin Moskvaya və Kiyevə səfəri yenə nəticə vermədi

07.09.2026 / 20:55
Kremlə bağlı “Sputnik Armenia” Azərbaycanla aranı yenə qarışdırmağa çalışır...

07.09.2026 / 20:40
Yaxın Şərq Pekin və Vaşinqton arasında - Çin regionu pulla ələ keçirir

07.09.2026 / 20:38
Xətai və Yasamalda motosiklet qaçıran və oğurluq edənlər saxlandı

07.09.2026 / 20:21
Ermənistanın düşmənçilik bitdi, qlobal media şirkərlərinin Azərbaycala düşmənçiliyi bitmir... Niyə?...

07.09.2026 / 20:06
Prokuror katolikosun məhkəməsindən qaçdı, Paşinyan baş keşişi mühakimə etməyə hakim tapa bilmir

07.09.2026 / 19:52
100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

07.09.2026 / 19:29
Rusiya DİN-də “yanacaq əməliyyatı” – aralarında generalın da olduğu bir neçə yüksək vəzifəli şəxs həbs edildi…

07.09.2026 / 19:15
Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdı…

07.09.2026 / 18:48
Paşinyan yeni inqilaba hazırlaşır... Azərbaycana münasibət nəzərdə tutulur (?)

07.09.2026 / 18:43
İrəvandan Moskvaya növbəti zərbə - Ermənistan və Rusiya arasında viza rejimi tətbiq olunur

07.09.2026 / 18:42
Hindistan da Ermənistanda Rusiyanı sıxışdırır

07.09.2026 / 18:37
Kvotadan artıq benzin işlədənlər üçün qiymətlər qaldırılır

07.09.2026 / 18:12
Sabirabad seçiciləri deputat Əhliman Əmiraslanova təşəkkür etdilər - FOTO

07.09.2026 / 17:54
Vergiyə görə büdcə gəliri 10 faiz artdı, ancaq iqtisadiyyatımız böyümür... Qəribəlik...

07.09.2026 / 17:27
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb

07.09.2026 / 16:26
Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi

07.09.2026 / 16:10
"44" bədii filminin premyerasının vaxtı məlum oldu - FOTO

07.09.2026 / 15:57
8 min müsəlmanın qatilini bu qədər qəhrəmanlaşdırmaq? - Serb Vuçiç dünyanı heyrətləndirir...

07.09.2026 / 15:47
Tramp Britaniya ilə Argentinanı da müharibə vəziyyətinə gətirdi - "onlar İran müharibəsində məni müdafiə etmədi"...

07.09.2026 / 14:58
"QHT işi"nd' ittiham olunan Əhməd Məmmədzadə şərti iş aldı

07.09.2026 / 14:45
Peskov "Rusiyanın sülh təşəbbüsləri olubmu" sualından yayındı...

07.09.2026 / 13:58
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu

07.09.2026 / 13:57
Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edildi

07.09.2026 / 13:56
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi

07.09.2026 / 13:52
1700 Ukrayna əsgəri Xarkov bölgəsində rusların mühasirəsinə düşdü…

07.09.2026 / 13:37
İndoneziyanın müxtəlif yerlərində eyni vaxtda altı vulkan püskürdü...

07.09.2026 / 13:14
Putin Prezident İlham Əliyevə zəng etdi - ticarət, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə edildi...

07.09.2026 / 12:53
Litva və Latviyadan Rusiya iqtisadiyyatına ağır zərbə - Baltikdən taxıl tranziti dayandırılır...

07.09.2026 / 12:34
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1300 nəfəri keçdi...

07.09.2026 / 12:18
Tərtərdə 52 yaşlı kişi hər iki ayağından da güllələndi...

07.09.2026 / 11:56
Azərbaycan və İranın həyata keçirdiyi birgə layihələrin icra vəziyyəti müzakirə edildi

07.09.2026 / 11:37
Tramp bu gün Putin və Zelenski ilə telefonla danışacağı gözlənilir…

07.09.2026 / 11:15
İran yeni raketini ABŞ təyyarədaşıyan gəmisi üzərində sınaqdan keçirdi...

07.09.2026 / 11:02
DİN yeni tədris ili ilə bağlı valideyn və tələbələrə müraciət etdi

07.09.2026 / 10:46
İrandan Hörmüzdə güc balansını dəyişdirə biləcək addım - "boğaz yalnız bu halda açıq qala bilər"...

07.09.2026 / 10:29
Kartof və tərəvəz sahələrinə hər hektara 600 manat subsidiya veriləcək

07.09.2026 / 10:17
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir...

07.09.2026 / 10:05
Tramp Hörmüz boğazını ABŞ-ın yeni ərazisi elan etdi…

07.09.2026 / 09:47
Berlin və Avropa şokda - AfD rekord səslə qalib gəldi...

07.09.2026 / 09:32
Paşinyan Moskvaya gedir – Kreml açıqladı…

07.09.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurdu…

07.09.2026 / 07:47
Yəhudilər İsraildəki “erməni ziyarətgahı”na tüpürmədən keçmir - polis də çarəsiz qaldı

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ