Cümə günü, 06 noyabr 2026
     

ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

Image


Elşən Manafov: “Retkliffin Ermənistanla, oradakı həbslərlə bağlı danışıqlar apardığını düşünmürəm”

Məlum olduğu kimi, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Moskvaya qəfil səfər edib. Bu qəfil səfər ABŞ kəşfiyyat qurumunun rəhbərinin Rusiyaya niyə şəxsən getməsi ilə bağlı suallar doğurub. Bundan əvvəl MKİ rəhbəri Uilyam Börns 2021-ci ilin noyabrında səfər edib, Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan üç ay əvvəl Rusiya prezidenti ilə görüşüb.

Beynəlxalq media daha çox İran və Ukrayna ilə bağlı mümkün alverin olacağına eyham vurur. Rusiyanın İrana peyklər vasitəsi ilə kəşfiyyat dəstəyi verməsinin müzakirə ediləcəyi qeyd edilir. Bizə maraqlı olan odur ki, Retkliffin Moskva səfərində Ermənistanla bağlı müzakirələr, alver ola bilərmi? Son günlər bu ölkədə ciddi proseslər gedir, həbs dalğası başlayıb. Azərbaycanla sülh məsələsi müzakirə predmeti olubmu?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, Retkliff Tramp administrasiyasında qlobalistləri təmsil edən şəxsdir: “MKİ-nin rəisi vəzifəsində başqa birisinin olması müşkül məsələdir. Bu, onun MKİ-nin sədri olaraq Rusiyaya ilk səfəridir. Moskvanın özündə o zamanında Putinə qarşı təşkil olunmuş "Valday hücumunun" təşkilatçılarından biri olduğundan ona münasibət soyuqdur. Təsadüfü deyil ki, Putin onunla görüşməyib. Ekspertlərin əksəriyyəti Retkliffin Moskvaya səfərini ABŞ-ın Ukrayna ətrafında növbəti dəfə Kremllə kompromislərə gəlmək səyləri ilə əlaqələndirir. ABŞ ərazi məsələlərində tərəflərə qarşılıqlı güzəştlər təklif edir. Rusiyaya Krıma hücumların olmayacağı ilə bağlı təminatlar verir və s. Əslində isə qlobalistlərin məqsədi Zelenskini düşmüş olduğu ağır durumdan xilas etmək və müharibənin uzanması uçun kart blanş əldə etməkdən ibarətdir. Zelenski hava hücumundan müdafiə vasitələrinin kəskin çatışmazlığından əziyyət çəkir və Moskvanın raket hücumlarının qarşısını almaq getdikcə çətinləşir. Üstəlik, Ukraynanın canlı qüvvəsi tükənməkdədir. Rusiya isə sentyabrda Dumaya gözlənilən seçkilərdən sonra səfərbərlik keçirib müharibənin gedişində dönüş yaratmağa cəhd göstərəcək. Bu isə qlobalistlərə yaxşı heç nə vəd etmir. Bütün bunların qarşısını almaq üçün Vaşinqton Donbas ətrafında kompromis variant təklif edib. Rusiya isə burada azad iqtisadi zonanın yaradılması ilə bağlı məsələ ətrafında məsləhətləşmələrə əl yeri qoymaqla Kiyevin bu zonadan istifadə etmək təkliflərinə razı olmayacağını bildirib”.

Politoloqun fikrincə, əslində isə Retkliffi Moskvaya aparan digər vacib məsələ var: “Moskva və Tehran arasında dərinləşməkdə olan hərbi və kəşfiyyat sahəsində əməkdaşlıq. Vaşinqtonda anlayırlar ki, Moskvanın peyk vasitəsilə Tehrana ötürdüyü kəşfiyyat məlumatlarının qarşısı alınmayana qədər İranla müharibədə uğur qazanmağa ümid etməyə dəyməz. Digər tərəfdən Rusiya ərazisindən Çin də İrana dəstək göstərir. ABŞ Mərkəzi Asiya və Pakistan ərazisi ilə bu dövlətlərə təzyiq yolu ilə İrana dəstəyin qarşısını ala bilər. Lakin Rusiyaya ABŞ-ın təhriki ilə Avropa İttifaqının göstərdiyi təzyiqlər hələlik heç bir nəticə vermir. Bu anlamda Retkliff Moskvaya neft-qaz daşımalarına, habelə Rusiya banklarına olan sanksiyaların qaldırılacağı ilə bağlı vədlər verməklə onu Tehranı tək qoymağa dəvət edəcəyini düşünür. Ancaq o da məlumdur ki, İrana dəstək Rusiya üçün qlobal mənada geosiyasi əhəmiyyət kəsb edir. İranın məğlubiyyəti Rusiyanın cənub sərhədləri və deməli onun nüfuz dairəsində olan ərazilərdə Moskva üçün təhlükəsizlik baxımından arzuolunmaz vəziyyətin yaranmasına, Yaxın və Orta Şərqdə qlobalistlərlə qarşıdurmada qüvvələr nisbətinin kəskin şəkildə dəyişməsinə gətirib çıxara bilər. Vəziyyətin bu yönümdə gedişatı digər qlobal oyunçu Çini də qane etmir. ABŞ-ın isə İranla qarşıdurmada "gil ayaqlı nəhəng "olduğu üzə çıxdı. Trampın NATO-nun ünvanına zamanında işlətdiyi "kağızdan pələng" ifadəsi indi ABŞ-ın özünə də yarayır. Dövlət borcu 40 trilyon dollara çatmış olan ABŞ-ın Hörmüz boğazı ətrafında məlum gərginlikdən sonra dünyada yaranmış olan enerji böhranı konteksində iqtisadiyyatlarına güclü ziyan dəymiş müttəfiqləri - Yaponiya, Cənubi Koreyanı qurtarmaq üçün nəzərdə tutulduğundan da, artıq dollar çap edib bu ölkələrə göndərməsi yaxınlaşan fəlakətin miqyasından xəbər verir.

Ermənistanda Paşinyanın siyasi müxalifətə qarşı korrupsiyaya, habelə vəzifə səlahiyyətlərindən istifadə adı altında apardığı həbslərə gəlincə burada iqtidarın konyuktur maraqları ilə yanaşı, qlobalistlər tərəfindən edilmiş geosiyasi zəminli sifarişlər də var. Ermənistanın sabiq hakimiyyətinin Kremllə əlaqələri məlumdur. Onları zərərsizləşdirməklə Paşinyan həm siyasi rəqiblərini aradan götürür, həm də, Rusiyanın Ermənistandakı təzyiq dayaqlarını laxladır. Sözügedən şəxslərin – eks prezidentlər Köçəryanın, Sarkisyanın və digərlərinin Azərbaycanın tələbi ilə rəsmi Bakıya təhvil verilmələrinə gəlincə hələlik bu mümkün deyil. Zira tərəflər arasında ekstradisiya ilə bağlı ədliyyə razılaşmaları hələ ki, yoxdur. Gələcəkdə bu sahədə olan problemlərin həllindən sonra bu da mümkün olacaq. Retkliffin Moskvada Ermənistanla, oradakı həbslərlə bağlı danışıqlar apardığını düşünmürəm. O baxımdan bu görüşün Azərbaycan və Ermənistan arasında sülh razılaşması ətrafında gedən proseslərə təsir etməyəcəyini düşünmək üçün əsasımız var”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ