ABŞ-ın ötən gecə İrana qarşı keçirdiyi hava hücumu zamanı bir toy məclisini də hədəf alıb. İranın cənubundakı Hormozgan əyalətində keçirilən toy mərasiminə zərbə nəticəsində ölənlərin sayı artıb.
İranın Hormozgan qubernatorunun müavini Əhməd Nəfisi, ABŞ-ın Sirik rayonunun Kuheştek bölgəsində toy mərasiminin keçirildiyi evi bombalaması nəticəsində ölənlərin sayının 68-ə çatdığını bildirib. Ölənlər arasında uşaq və qadınların da olduğu bildirilir.
İranın Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti Zəhra Behruzazar isə hadisəni cinayət adlandırıb.
Tahir TAĞIYEV