Cümə günü, 06 noyabr 2026
     

ABŞ-la anlaşıb Maduronu devirdi, Trampla Venesuela neftini bölüşdürdü - sirli milyarderin kimliyi üzə çıxdı... ŞOK DETALLAR…

Image


ABŞ prezidenti Donald Trampın "dünya tarixinin ən böyük neft müqaviləsi" adlandırdığı ABŞ və Venesuela arasında imzalanan müqavilənin pərdəarxası aspektləri ilə bağlı yeni detallar ortaya çıxıb. Neft müqaviləsilə bağlı pərdəarxası prosesdə mərkəzi fiqur 46 yaşlı venesuelalı iş adamı milyarder Alejandro Betankur olub.

"Axios"un əlaqə saxladığı ABŞ rəsmilərinə görə, Betankur təkcə milyardlarla dollarlıq neft müqaviləsinin vasitəçiliyində deyil, həm də Nikolas Maduronun devrilməsinə səbəb olan prosesdə Vaşinqton və Karakas arasında vacib əlaqələrdə rol oynayıb.

Betankurun keçmişi milyardlarla dollarlıq neft müqavilələrindən və Maduro müxalifəti ilə əlaqələrdən tutmuş Moskvadakı təşəbbüslərə və illərlə davam edən çirkli pulların yuyulması istintaqına qədər uzanır.

"Axios"a danışan ABŞ rəsmisi Betankurun həm neft müqaviləsində, həm də Venesueladakı siyasi dəyişikliklərdəki rolundan danışarkən deyib: "Betankur olmasaydı, enerji təhlükəsizliyi müqaviləsi olmazdı. O olmasaydı, Maduro hələ də hakimiyyətdə qala bilərdi".

Betankurun rolunun ən diqqət çəkən epizodlarından biri 3 yanvarda baş verib. "Axios"un məlumatına görə, ABŞ ordusu Maduronu ələ keçirərkən Trampın Venesuela üzrə müşaviri Maurisio Klaver-Karone Betankurla telefonla danışıb. Betankur da öz növbəsində Venesuela vitse-prezidenti Delsi Rodrigezlə təmasda olub. Bildirilir ki, Rodrigez əvvəlcə Maduronun öldürüldüyünü düşünüb, böyük qorxu və qəzəb hissi keçirib. Daha sonra Betankurt Vaşinqtonla Rodrigez arasında vasitəçilik edərək onu ABŞ dövlət katibi Rubio ilə görüşməyə razı salıb.

İddialara görə, Betankur Maduronun devrilməsindən əvvəl də Klaver-Karonla müntəzəm əlaqə saxlayırmış. Müzakirələr əsasən Madurodan sonrakı Venesuelada neft hasilatını və iqtisadiyyatı necə qoruyub saxlamaq məsələsinə yönəlib. Məşhur milyarder, Delsi Rodrigezlə də əlaqə saxlayaraq, Maduronun yerinə keçməsi ilə bağlı fikirlərini anlamağa çalışıb.

Bildirilir ki, Betankurun Vaşinqtonla əlaqələri Trampın ilk prezidentlik müddətinə gedib çıxır. "Axios"a görə, Betankur Maduro müxalifəti ilə Venesueladakı siyasi və hərbi xadimlər arasında vasitəçi rolunu oynayıb. O, həmçinin Xuan Quaydo administrasiyası adından Moskvaya gedərək Rusiyanın Maduroya dəstəyini dayandırmasını tələb edən məktub çatdırıb. Ancaq həmin dövrdə Maduro hakimiyyəti əlində saxlaya bilib. Ardından Betankur ölkəni tərk edib, Maduro administrasiyası isə onun həbs olunması əmrini verib və sərvətini, neft şirkətini müsadirə edib.

2023-cü ildə maraqlı bir hadisə baş verib. "Axios"a görə, Rodriges Venesuelanın neft sektorundakı problemləri həll etmək üçün Betankurun ölkəyə qayıtmasını istəyib. Maduro isə Betankurun müxalifətdən uzaq durması və amerikalı neftçi Harri Sarjant III ilə işləməsi şərti ilə geri qayıtmasına icazə verib.

Betankurun həyatında ən mübahisəli mövzulardan biri beynəlxalq çirkli pulların yuyulması istintaqı olub. 2019-cu ildə Mayamidə Betankurun əmisi oğlu və daha bir neçə venesuelalının daxil olduğu 1,2 milyard dollarlıq çirkli pulların yuyulması dosyası gündəmə gəlib. Lakin Betankura qarşı ittiham irəli sürülməyib. Bildirilir ki, ABŞ rəsmiləri Betankurun xarici siyasətdəki mühüm roluna görə İsveçrədəki istintaqın dayandırılması üçün müdaxilə edib.

İsveçrənin ekstradisiya tələbi səbəbindən Böyük Britaniyanı tərk edə bilməyən Betankur, Vaşinqton və Karakasda keçirilən neft danışıqlarında iştirak edə bilməyib. İsveçrə hakimiyyəti Britaniya məhkəməsinə işi davam etdirməyə hazır olmadıqlarını bildirdikdən sonra hüquqi maneə aradan qaldırılıb və bundan sonra Betankur iyun ayında ölkədən çıxa bilib.

Avqustun ortalarında Betankur, Rodriges və ABŞ Dövlət Departamenti və Pentaqonun Strateji Kapital İdarəsinin rəsmiləri neft sazişinin konturları ilə bağlı şifahi razılığa gəliblər. Razılaşmaya əsasən, Venesuela hasilatın 16%-dən 40%-ə qədərini, eləcə də gəlir vergisini alır. ABŞ isə heç bir kapital qoymadan 35% paya malik olur və vergi sonrası neftin 20%-ni maya dəyərinə alır.

Betankurun Şimali Amerika Mavi Enerji Tərəfdaşları şirkəti də 17 neft yatağına giriş hüququ əldə edir.

Pentaqonun müqavilədəki roluna diqqət çəkən bir ABŞ rəsmisi "başqa beç bir neft sahəsi üzrə iş adamı Pentaqonun onların tərəfində olduğunu deyə bilməz" deyib.

Lakin enerji mütəxəssisləri müqavilənin həyata keçirilməsinin mümkünlüyünə şübhə ilə yanaşır və qısa müddətdə ABŞ-da benzin qiymətlərini aşağı salacağını gözləmirlər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ