ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünəm gecə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə bir neçə saat davam edən hücumlar həyata keçirib.
Hücumun İnqilab Keşikçiləri Korpusunun hədəflərinə hücumların İranın Hörmüz boğazında ticarət gəmilərinə və ABŞ personalına "hücum cəhdlərinə" cavab olaraq edildiyi bildirilib.
İran dövlət televiziyasına danışan rəsmilər ABŞ-ın Sirik əyalətinin Kuheştek şəhərində bir toy məclisini bombaladığını bildirib. Hormozgan qubernatorunun müavini Nefisi şəhərdə bir evi və toy mərasimini hədəf alması nəticəsində ən azı dörd nəfərin öldüyünü və 50 nəfərin yaralandığını bildirib.
İran mediası Hörmüz boğazındakı Qeşm adası ətrafında beşdən çox partlayış səsi eşitdiyini bildirib. Bu arada, Fars və Tasnim xəbər agentlikləri Bəndər Abbas, Sirik, Çabahar və Qunarakda da partlayış səslərinin eşidildiyini bildirib.
Tahir TAĞIYEV