Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Paşinyanı İrəvanın Avropa İttifaqına (Aİ) inteqrasiya və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirak arasında seçimini ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.
"Onu Moskvaya dəvət etdim ki, onunla, mütəxəssisləri və hökumət mütəxəssislərimizlə rahat oturub hər bir məsələni müzakirə edək. Həmçinin dəmir yolu kimi konkret məsələlər də var", - deyə Putin Bişkekdə jurnalistlərə bildirib
Rusiya prezidenti qeyd edib ki, Ermənistanın xarici iqtisadi siyasətində mümkün dəyişikliklər müzakirə edilərkən onun Aİİ-də iştirakının konkret faydaları nəzərə alınmalıdır. O bildirib ki, respublika ittifaq daxilində əhəmiyyətli güzəştlər alır və bu, təkcə enerji qiymətlərinə aid deyil.
Tahir TAĞIYEV