Cümə günü, 06 noyabr 2026
     

Ev telefonlarından imtinalar kütləviləşir-sabit şəbəkəni saxlamağa dəyərmi?...

Image


İlqar Hüseynli: “Ev telefonlarından danışmaq məqsədilə istifadə edilməsə də...”

Azərbaycanda sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalır, kütləvi imtinalar var. Demək olar ki, evlərin çoxunda ev telefonlarından istifadə olunmur. Araşdırmalar da göstərir ki, Azərbaycanda ev telefonlarından (sabit şəbəkə nömrələrindən) imtinalar kütləvi xarakter alıb və son illər istifadəçilərin sayı yüz minlərlə azalıb. Əsas səbəblərə gəlincə, Dövlət Statistika Komitəsi-nin məlumatına görə, bir il ərzində (2024) Azərbaycanda 230 minə yaxın abunəçi ev telefonundan imtina edib. Sabit şəbəkə telefonlarının ümumi sayı 1,4 milyondan 1 milyon 175 minə düşüb. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdəki telefonlara aiddir.

Bu gün əhalinin daha çox mobil telefonlara üstünlük verdiyi bildirilir.

Mobil rabitənin, internet və sosial şəbəkələrin sürətli inkişafı stasionar aparatlara olan gündəlik ehtiyacı demək olar ki, aradan qaldırıb.

İstifadə olunmayan xətlərə görə aylıq abunə haqqını ödəmək istəməyən vətəndaşlar kütləvi şəkildə müqavilələrə xitam verirlər. Artıq vətəndaşlar ev telefonlarının ləğvi və ya rəsmiləşdirilməsi prosesini E-Hökumət Portalı vasitəsilə də rahat həyata keçirə bilirlər.

Azərbaycanda ev telefonlardan istifadənin sürətlə azalması sosial mediada müzakirə yaradıb. Bildirilir ki, proses kütləvi imtina və ya ümumiyyətlə bunun ləğvi ilə yekunlaşa bilər.

Halbuki, 2023-cü ildə bu göstərici 1.4 milyondan çox olub.

Ev telefonundan istifadə edənlərin yaş qrupuna gəlincə, burada daha çox yaşlı sakinlər önə çəkilir. Digər vətəndaşların çoxu isə ev telefonuna görə aylıq abunə haqqının ödənilməsini lazımsız hesab edir. Bu da var ki, abunə haqları son illərdə bahalaşıb. Əgər 4-5 il əvvəl aylıq 2 manat ödənilirdisə, indi bu məbləğ 4 manata qədər yüksəlib.

Sosioloqların bildirdiyinə görə, bir çox yerli ATS-lərin rəqəmsal sistemə keçidi də ev telefonlarından imtinaya gətirib çıxaran səbəblərdəndir.

Ekspertlər hesab edir ki, sabit şəbəkəni (ev telefonunu) saxlamaq vətəndaşın ehtiyaclarından asılıdır.

Müasir dövrdə mobil rabitə və internet çox inkişaf etsə də, sabit xətlərin hələ də bəzi üstünlükləri var.

Niyə saxlamağa dəyər? Bəzi ekspertlər hesab edir ki, ev telefonlarının üstünlükləri də var, söhbət kəsintisiz rabitədən gedir. Yəni mobil şəbəkə çöksə və ya işıqlar sönsə belə, ənənəvi mis xətli telefonlar adətən işləyir. Fövqəladə hallar üçün etibarlıdır. Evdə texnologiyadan uzaq yaşlı insanlar varsa, sabit telefondan istifadə onlar üçün daha asandır.

Bəzi provayderlər internet, TV və sabit telefonu eyni paketdə (3-ü 1-də) təklif edir, bu zaman telefonun aylıq haqqı demək olar ki, simvolik olur.

Bəzi dövlət, bank və ya sənədləşmə işlərində ev nömrəsinin olması hələ də müsbət bir detal kimi qəbul edilir.

Niyə imtina etməyə dəyər?

Mənfi tərəflərinə gəlincə, bu lazımsız xərclə əlaqələndirilir.

Əgər ay ərzində heç kim zəng etmirsə, hər ay ödənilən abunə haqqı boşuna xərcə çevrilir.

Mobil operatorların sərfəli danışıq paketləri və WhatsApp, Telegram kimi pulsuz zəng tətbiqləri sabit telefonu böyük ölçüdə əvəz edib. Ev telefonlarına gələn lazımsız reklam və ya sorğu zəngləri bəzən bezdirici ola bilir. Telefon yalnız evdə olduğunuz zaman yararlıdır, mobil telefon isə həmişə yanınızdadır. Əgər evinizdə internet GPON (optik) texnologiyası ilə işləyirsə, ev telefonu da modemə bağlı olur və işıq sönəndə modem sönürsə, telefon da kəsilir. Bu halda sabit şəbəkənin "etibarlılıq" üstünlüyü itir. Əgər telefondan demək olar ki, istifadə etmirsinizsə və sizə əlavə xərc yaradırsa, onu ləğv etmək daha məntiqlidir.

Sosial sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, peyk vasitəsilə elektron kommunikasiya sistemlərinin idarə olunması, müasir texnoloji avadanlıqların, mobil rabitə sisteminin tətbiqi, provoyderlərin prosesə daxil olması, internetin hər ev üçün əlçatanlığı sabit şəbəkənin tədricən aradan qalxmasına səbəb olur: “Yeni texnoloji vasitələr ev telefonlarının istifadəsinin dayandırılmasına gətirib çıxarıb. İmtinanın səbəbi bu amillərdir. Əslində bunu kütləvi imtina adlandırmaq olmaz. Dövlət provoyderi olan “Aztelekom” həmin stasionar telefonlar vasitəsilə evlərə internet xidmətinin təşkilini həyata keçirir. “Wİ-Fİ” sistemlərinə stasionar telefonlar üzərindən qoşuluruq. Hələ ki, müəyyən mənada ev telefonları qüvvədə qalır. Ev telefonlarından danışmaq məqsədilə istifadə edilməsə də, “Wİ-Fİ”- sistemlərinə onlar vasitəsilə qoşulurlar. Yəqin ki, yaxın gələcəkdə bu xidmətin mobil rabitə üzərindən həyata keçirilməsi baş verəcək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ